Accessibility links

Texas ştatı 15 000 meqavat külək enerjisi istehsal edir


Texas ştatı
Texas ştatı

Texas ştatı ABŞ-ın ən iri neft hasilatçısıdır. Güclü küləklər isə Texası külək enerjisindən istifadəyə görə ölkənin liderinə çevirib.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, son yeddi il ərzində Texasda külək enerjisinin istifadəsi iki dəfə artıb.

“Keçən il bu ştat rekordları qıraraq 15 000 meqavat külək enerjisi istifadə edib. Bu, 3 milyon evin pik vaxtlarda ehtiyaclarını qarşılamaq üçün kifayətdir”.

Günəş enerjisi də Texasda boldur və buna görə texaslılar bu enerji mənbəyindən də geniş istifadə etməyi düşünürlər.

Ostin və digər şəhərlərdə bir neçə icma artıq günəş enerjisindən faydalanır. FedEx, Target və Wal-Mart kimi iri şirkətlər də artıq günəş panellərindən istifadə edir. Bəzi şəhərlər isə daha irəli getməyi düşünür. Misal üçün, Denton şəhəri bütün enerjisini günəş, külək və digər təkrar olunan enerji mənbələrindən əldə etməyi planlaşdırır.

XS
SM
MD
LG