Accessibility links

Eldar Namazov: Siyasi opponentlərə qarşı cəza psixiatriyası yolverilməzdir [Video-müsahibə]


El Hərəkatının liderinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanda müstəqillik dövründə siyasi rəqiblərə qarşı psixi xəstəlik üsulundan istifadə halı olmayıb. İndi bu üsuldan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı istifadə ehtimalı yaranıb. Bu barədə El Hərəkatının sədri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun fikrincə, cəza psixiatriyasından faşist Almaniyasında, keçmiş Sovet İttifaqında istifadə olunub və dünya ictimaiyyəti tərəfindən çox sərt tənqidlərlə qarşılanıb.

“Bu hadisələrdən on illiklər keçəndən sonra bu gün Azərbaycanda hakimiyyətə yaxın saytlarda anonim ekspertlər tərəfindən bir siyasi məhbus haqqında belə məlumatlar dövriyyəyə buraxılır. Hiss olunur ki, ya ictimai rəyi yoxlamaq, ya da ictimai rəyi hazırlamaq üçün belə addım atılır”, o qeyd edib.

Namazov hesab edir ki, Azərbaycan cəmiyyəti buna sərt reaksiya verməli və hakimiyyətə bunun yolverilməz olduğunu başa salmalıdır.
“Bu ölkəni faşist və sovet rejimi ilə bir sıraya qoyan üsuldur və belə üsullarla siyasi opponentlərə qarşı mübarizə aparmaq olmaz”.

El Hərəkatının liderinin fikrincə, Avropa Məhkəməsinin Əli İnsanov barəsində qərarının yerinə yetirilməməsi artıq Avropa strukturlarını narahat edir.
XS
SM
MD
LG