Accessibility links

Sabiq səhiyyə naziri həbsxanada qanunsuz həkimlik fəaliyyətində günahlandırılır? (Yenilənib-1)


Rais Trump akielezea nukta muhimu wakati akiwa na Mwenyekiti Kim katika mkutano wao huko Hanoi, Vietnam.
Rais Trump akielezea nukta muhimu wakati akiwa na Mwenyekiti Kim katika mkutano wao huko Hanoi, Vietnam.

Bir sıra yerli media orqanları sabiq səhiyyə naziri Əli İnsanova qarşı həbsdə olduğu 13 saylı cəzaçəkmə müəssisəsində qanunvericiliyə zidd olaraq məhbuslara dərman reseptləri yazması və qanunsuz olaraq həkimlik fəaliyyəti ilə məşğul olması ittihamı irəli sürüldüyünü bildirir.

Hazırda Əli İnsanovun vəkilləri telefonlara cavab vermir.

Baş Prokurorluğun mətbuat xidməti Əli İnsanova qarşı cinayət işinin açılması ilə bağlı xəbərlərə münasibət bildirməyib.

“Hazırda tərəfimizdən müvafiq araşdırmalar aparılır. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək”, Baş Prokurorluğun mətbaut xidmətindən Amerikanın Səsinə bildiriblər.

Əli İnsanov Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O 1993-2005-ci illərdə Azərbaycanın səhiyyə naziri olub. Tibb elmləri doktorudur. Azərbaycan Milli Elmlətr Akademiyasının akademiki olub.

İnsanova qarşı cinayət işinin qaldırlması tənqidlərlə qarşılanmaqdadır.

Vaxtı ilə onunla 13 saylı cəzaçəkmə müəsissəsində məhbus həyatı yaşamış keçmiş vicdan məhbusu, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu facebook səhifəsində yazır ki, həbsxanada Əli İnsanova ən çox həbsxana işçiləri özləri müraciət edirdilər.

“Hamısı da şəfa tapırdı. Hətta evdəki xəstələrini də o müalicə edirdi. Ona görə hamısı ona minnətdarlıq edirdilər. İndisə ona qarşı belə itttiham irəli sürürlər. Əli İnsanovun həbsdən çıxmasına cəmi 60 gün qalmış ona qarşı saxta cinayət işi açılıb. Ahıl yaşda akademiki 11 ildən sonra həbsdən azad etməyə cəsarətləri çatmır”, o qeyd edir.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, professor Əli İnsanova qarşı həbsxanada xəstələri yanlış müalicə etdiyi üçün yeni cinayət işi açılması artıq siyasi rəqiblərə qarşı repressiya siyasəti çərçivəsindən də çıxır.

“Bu qisasçılıqdı. Hakimiyyət belə gülünc ittiham irəli sürməklə, həm də cəmiyyəti saymadığını, ictimai rəylə hesablaşmadığını nümayiş etdirir”, Arif Hacılı yazıb.

AXCP sədri Əli Kərimli yazır ki, hazırki hökumətin səhiyyə sistemi yüzlərlə insanın canını alır.

“Siz isə akademik, keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açırsınız ki, xəstələri qanunsuz müalicə edirmiş. Utanmaq hissi heçmi yoxdur? Əksər insanlar bilirdilər ki, cəza müddəti başa çatmaq ərəfəsində Əli İnsanova qarşı yeni cinayət işi açacaqsınız. Bilinmirdi ki, nəyi bəhanə edəcəksiniz, amma cəza müddəti başa çatsa da, onu həbsdən buraxmaycağınızı hamı gözləyirdi. Soruşursunuz ki, hardan bilirdi bunu xalq? Cavab verim, çünki xalq artıq onu idarə edənləri tanıya bilib. Nə qədər kinli, qəddar, siyasi rəqabətdən qorxan olduğunuzu da hamı yaxşı bilir. Öz kininiz sizi partladacaq. Bilmirsiniz ki, sirkə nə qədər tünd olsa, öz qabını partladar?”, Kərimli facebook səhifəsində qeyd edib.

***

“Əli İnsanovun müdafiə hüquqları kobud şəkildə pozulur. Onun vəkilləri artıq 3 saatdan çoxdur ki, dindirmə prosesinə buraxılmır. Dindirmə prosesinə Qaradağ rayon prokuroru Natiq Abdullayev rəhbərlik edir. Biz vəkillər dəfələrlə cəzaçəkmə müəssisəsinə buraxılmağımız və dindirmədə iştirakımızı tələb etmişik. Lakin, hər dəfə tezliklə tanış olacaqsınız, deyərək biz vəkilləri dindirmə prosesinə buraxmırlar”, vəkil Toğrul Babayev bildirib.

"Bütün bu hadisələr Əli İnsanovun həbs müddətinin bitməsinə bir ay 27 gün qalmış baş verir", vəkil qeyd edib.

Xatıladaq ki, bu il iyunun 7-də sosial şəbəkələrdə keçmiş nazirə qarşı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək və zor tətbiq etməklə bağlı yeni ittiham irəli sürüləcəyi barədə məlumatlar yayılmışdı. Sonradan İnsanovun vəkilləri bu məlumatları təkzib etdi.

***

Avqustun 24-də saat 9.00-dan 13 saylı cəzaçəkmə müəssisəsində Qaradağ rayon prokuroru Natiq Abdullayev keçmiş səhiyyə naziri Əli İnsanovu dindirməyə başlayıb. Bu barədə vəkil Toğrul Babayev Amerikanlın Səsinə bildirib.

“Avqustun 23-də saat 23-də Qaradağ rayon Prokurorluğu biz vəkilləri cəzaçəkmə müəssisəsinə dəvət etdi. Bildirdilər ki, Əli İnsanov dindiriləcək. Amma, biz vəkillər cəzaçəkmə müəssisəsinə gəldikdən sonra dedilər dindirmə avqustun 24-də səhər saat 9-da başlayacaq. Səhər saat 8.30-dan 13 saylı cəzaçəkmə müəssisəsinin qarşısındayıq, amma içəri buraxmırlar. Saat 9.00-dan Qaradağ rayon prokuroru Natiq Abdullayev cəzaçəkmə müəssisəsinə daxil olub. Biz vəkilləri isə müəsissəyə buraxmırlar”, vəkil qeyd edib.

Bununla yanaşı vəkillərə Əli İnsanovu hansı ittiham üzrə dindirilməsi barədə məluumat verilmir. “Bizə dindirmənin səbəbləri barədə hər hansı məlumat verilmir”, Babayev qeyd edib.

Prokurorluq orqanları hələ keçmiş nazirin dindirilməsinin səbəbləri barədə məlumat verməyib.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

İnsanovun həbs müddədinin bitməsinə bir ay 27 gün qalıb.

XS
SM
MD
LG