Accessibility links

Əli Məsimli: Bir dollar 90 qəpiyədək arta bilər [Video-Müsahibə]


Milli Məclisin deputatının Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın keçmiş baş naziri, Milli Məclisin deputatı Əli Məsimli Amerikanın Səsinə müsahibəsində manatın avro və dollara məzənnəsindəki son dəyişiklik, iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb.

Amerikanın Səsi: Manatın avro və dollara nisbəti ilin sonunadək nə qədər dəyişə bilər?

Hesab edirəm ki, bu 2015-ci il üçün maksimum dəhliz hesab oluna bilər. Manatın avroya nisbəti isə məhz manatın dollara nisbətində gedən proseslərin nəticəsində formalaşacaq.

Əli Məsimli: Manatın avro və dollara nisbəti ilin sonunadək maksimum 1 dollar 90 qəpik (hazırda 1 dollar 0,7857 manatdır) səviyyəsinə qədər arta bilər. Hesab edirəm ki, bu 2015-ci il üçün maksimum dəhliz hesab oluna bilər. Manatın avroya nisbəti isə məhz manatın dollara nisbətində gedən proseslərin nəticəsində formalaşacaq. Ona görə ki, əvvəllər Azərbaycanda manat birbaşa dollara bağlı idi və dollarda gedən proseslər başqa valyutalara, o cümlədən avroya maksimum təsir göstərirdi, indi yeni qaydada tətbiq olunan zənbildə 70-75 faiz dollar olacaq, 25-30 faiz avro olacaq. Avronun xüsusi çəkisi beynəlxalq praktikada tətbiq olunan kimi haradasa 50-nin 50-yə nisbətində olsa idi, burada bir orientir (istiqamət) götürmək mümkün idi. Amma, avronun çəkisi səbətdə 20-30 faiz olacaqsa, onda onun təsiri o qədər də güclü olmayacaq. Yenə də dolların aparıcı rolu, Azərbaycanın manatının müəyyən edilməsində əvvəlki qədər olamasa da xeyli dərəcədə qalacaq.

Amerikanın Səsi: Dünyadakı iqtisadi böhran və neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatında daha hansı fəsadlar yarada bilər?

Bu proses 2015-ci ilin sonunadək davam etsə büdcəyə 1 milyard manatadək təsir edəcək.

Əli Məsimli: Neftin qiymətinin aşağı düşməsi iqtisadi böhrana gətirməyib. Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin gəlirlərinin azalmasına, neft istehlak edən ölkələrdə isə iqtisadi fəallığın artmasına və iqtisadi artım templərinin müsbət dinamizminə, inkişaf dinamizmi meyllərinin artmasına təkan verib. Azərbaycan da neft hasil edən ölkədir və 2015-ci ildə ümumdaxili məhsulun 65 faizi qeyri-neft sektorundan, 35 faizi neft sektorundan formalaşacaq. Əlbəttə neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin azalmasına təsir göstərəcək. Azərbaycanın bübcəsinin 65 faizi neftlə bağlı olsa da, onun 53 faizi Neft Fondundan götürüb sığortalanmış vəsaitdir. Yalnız 12 faizə təsir göstərəcək. O da 2.3 milyard manatdır. Belə halda dünya bazarında neftin qiymətinin bir dollar aşağı düşməsi Azərbaycanın büdcəsinə 26 milyon manat təsir göstərəcək. Beləliklə qiymət 10 dollar düşəndə 260 milyon, 20 dollar düəndə 520 milyon manat təsir göstərəcək. İnidiki durum altı ay davam etsə Azərbaycanın büdcəsinə haradasa 500 milyon manat təsir edəcək. Bu proses 2015-ci ilin sonunadək davam etsə büdcəyə 1 milyard manatadək təsir edəcək. 21 milyard manatdan çox büdcəsi olan Azərbaycanda bu cür kəskin problem nəticəsində gəlirlərin bir milyard manat azalması büdcənin dayanıqlılığını poza bilməz, ciddi problemlər yarada bilməz. Yenə də ölkədə maaşlar, pensiyalar və digər ödənişlər vaxtında ödənməkdə davam edəcək.

Amerikanın Səsi: Vəziyyətdən çıxış üçün Milli Məclis, hökumət nə etməlidir?

İnsan amilindən, inteqrasiya amilindən səmərəli istifadənin daxili məntiqi əlaqəsini tamamlayan bir model ortaya qoyulmalıdır. Bu zaman isə siyasi və iqtisadi islahatlar paralel getməlidir.

Əli Məsimli: Vəziyyətdən çıxmaq üçün islahatların yeni mərhələsinə başlamaq lazımdır. Yəni bu, yeni fəlsəfə üzərində qurulmalıdır. Əsasən daha çox neft amilinin üstün olduğu modeldən, bilavasitə neftdənkənar sahələrin dinamik, səmərəli, rəqabət qabiliyyətli strukturunun formalaşması modelinə keçmək lazımdır. Burada insan amili önə keçməlidir. İndi sərvət amili öndədir. İnsan amilindən, inteqrasiya amilindən səmərəli istifadənin daxili məntiqi əlaqəsini tamamlayan bir model ortaya qoyulmalıdır. Bu zaman isə siyasi və iqtisadi islahatlar paralel getməlidir. İqtisadi azadlıqlar artırılmalı, məmur özbaşınalıqları aradan qaldırılmalı, korrupsiya vəı rüşvətxorluğa qarşı mübarizənin kəskinləşməsi istiqamətində kompleks tədbirlərlə Azərbaycan ciddi potensialını yenə də reallaşdırıb, bu böhrandan başqa ölkələrlə müqayisədə az itki ilə çlıxmağa qadirdir.

XS
SM
MD
LG