Accessibility links

Elin Süleymanov: Hər iki partiyanın xarici siyasət komandaları ilə maraqlı müzakirələr aparmışıq


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Dövlər Departamenti tərəfindən keçirilən proqram çərçivəsində beynəlxalq diplomatlardan ibarət qrupun tərkibində Respublikaçılar və Demokrat partiyalarının Klievlend və Filadelfiya şəhərində qurultayında iştirak edib. O, Amerikanın Səsinin Demokrat partiyasının qurultayını işıqlandırmaq üçün Filadelfiya şəhərinə ezam olunmuş əməkdaşı Dilşad Əliyarlı ilə müsahibədə öz təəsüratları ilə bölüşüb.

"Çox maraqlıdır. Klivlenddə və burada maraqlı müzakirələr aparılır. Səfər Dövlət Deprtamentinin protokol xidməti tərəfindən keçirilir. Klivlenddə və burada 80-dən yuxarı səfər iştirak edir, o cümlədən Azərbaycan Respublikasının səfiri. Biz həm Demokrat partiyasının, həm də Respublikaçılar partiyasının xarici siyasət komandaları ilə görüşmüşük, maraqlı müzakirələr aparmışıq və gələcək administrasiya hansı olsa, onların gələcək baxışları ilə tanış olmuşuq. Gələcəkdə hansı fikirlərin, hansı siyasi yanaşmaların olacağını demək hələ tezdir. Amma bizim üçün, səfirlər üçün bu görüşlər çox maraqlı keçir."

Elin Süleymanov seçkilərdə hansı partiyanın qələbə çalmasından asılı olmayaraq Azərbaycan və Amerika arasında ikitərəfli münasibətlərin durmadan inkişaf edəcəyinə inandığını bildirib.

"Azərbaycan tərəfi seçkilərin nəticəsindən asılı olmayaraq, Amerika ilə strateji əməkdaşlığı davam etdirəcək və Amerika tərəfi də mən görürəm ki, Azərbaycanın strateji əhəmiyyətini, regionda aparıcı rolunu tanıyır. Bunu hər iki qurultayda iştirak edərək, müxtəlif müşavirlərlə, xarici siyasətlə məşğul olan şəxslərlə görüşərək, biz yenə də gördük ki, həqitətən də Amerika tərəfi Azərbaycanla strateji, konstruktiv münasibətləri davam etdirməkdə maraqlıdır. Bu da təbii haldır. Bilirsiniz ki, artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsində bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən, ABŞ-la çox güclü, çox müsbət münasibətlər qurub və biz də istəyirik ki, bu münasibətlər davam etsin."

XS
SM
MD
LG