Accessibility links

Alimlər buqələmunların gözlərindəki müəmmanı aşkar ediblər [Video]


Alimlər buqələmunların gözlərindəki müəmmanı aşkar ediblər
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Buqələmunlar gözlərini fərqli istiqamətlərdə hərəkət etdirə bilirlər və alimlərin çoxu düşünür ki, gözlər biri-birindən müstəqil işləyir. İsraildən olan alimlər buqələmunun gözlərinin yüksək koordinasiyaya sahib olduğunu kəşf ediblər.

Bəzi balıqlar və quşların gözləri başlarının tərs istiqamətindədir və ətraflarındakı dünyaya zahirən iki fərqli görünüşdən baxırlar. Lakin buqələmunların gözləri qabarıq olduğu üçün onlar hər iki gözünü bir obyektə cəmləşdirə və ya fərqli iki obyekti izləyə bilər.

Sual budur: Gözlərindən birinin digərinin nə gördüyündən xəbəri varmı?

Hayfa Universitetinin alimləri kompyuter ekranının köməyi ilə bu suala cavab tapıb.

Hadas Ketter-Katz: “Biz hər gözün fərqli rol oynadığını kəşf etdik. Hədəfi izləməyə davam edəcək gözlərimiz var. Bir nöqtəyə cəmləşən gözlər hədəfi izləyən gözlərə hədəflənəcək. Axır-əvvəl o həmin hədəfi seçəcək. Biz kəşf etdik ki, hər bir göz buqələmunun roluna görə fərqli incə modelə sahibdir.”

Nə zaman ki, həşərat ekranda ikiyə bölünür, o zaman gözlər fərqli istiqamətlərdə hərəkət etməyə başlayır. Buqələmun hər ikisini izləməyə müvəffəq olur. Lakin nə zaman ki, heyvan hədəflərdən birinin üzərində cəmləşərsə, gözlərdən biri dərhal o hədəfə çevrilir. Ani hərəkətlə dilini həmin hədəfə uzadır. Bu ikinci gözün birinci gözün nə gördüyündən xəbəri olduğuna sübutdur.

Hadas Ketter-Katz: “Biz güman edirik ki, beyin hər gözə müstəqil olaraq nəzarət edir. Lakin burada yüksək səviyyədə nəzarət var ki, bu gözləri əlaqələndirə bilsin. Beləliklə hər bir göz dəqiqliklə digərinin nə etdiyini bilir.”

Alimlər deyir ki, yeni kəşf buna bənzər digər heyvanlar üzərində araşdırma aparmağa yardımçı olacaq. Bu, həmçinin bir neçə şeyə nəzarət edə biləcək video-kamera kimi mexaniki cihazların ixtira olunmasına yol aça bilər.

XS
SM
MD
LG