Accessibility links

Elm

Enerjiyə qənaət edən evlər [Video]


Qlobal istiləşməyə qarşı mübarizə yollarından biri çox vaxt elektrik israfına yol verilən yaşayış evlərində enerjiyə olan tələbatı azaltmaqdır. Passiv ev adlanan yeni yaşayış məntəqələri daha az enerji tələb edir və elektrikin böyük hissəsini yenilənə bilən mənbələrdən əldə edir.

ABŞ da daxil olmaqla dünyanın hər yerində evlərin enerji israfına yol verməsindən çox vaxt bixəbər oluruq.

Evlərdə istifadə olunan enerjinin böyük hissəsi sərinlədici və ya evi isitməyə sərf olunur. İsti və soyuq havanın bacalar və ya incə pəncərələr vasitəsi evə daxil olması zəif izolasiya səbəbindən enerji israfçılığına yol açır.

Passiv evlər isə demək olar ki, buna imkan vermir.

Brendan Oneil: “Termosu təsəvvür edin. Hər yer izolasiyalıdır və demək olar ki, bütün dəliklər tutulub. Məqsədimiz termosa bənzər ev tikmək olub. Beləliklə, pəncərələr üç qatlı hala gətirilib və bərkidilib. Bina tamamilə izolyasiya edilib. Biz imkan daxilində evə havanın girməsinin qarşısını almışıq.”

Bu, 147 kv metr genişliyində passiv evdir. Vaşinqton şəhəri civarında nümunə olaraq nümayiş etdirilir. Hissə-hissə gətirilərək yığılıb.

Brendan Oneil: “Quraşdırıldıqdan sonra təxminən 3-4 həftə müddətində divarlar hazır hala gətirilir və istəyə müvafiq döşəməyə xalı vurulur. Sözün əsl mənasında əgər hər şey qabaqcadan hazır olarsa 3-4 aya belə evi təhvil etmək olar.”

Bina 325 min dollara başa gəlir və adi ev inşaatından 17 faiz bahadır. Aylıq bir ev üçün enerji məsrəfi isə 20 dollar və ya adi evin istifadə etdiyi enerjidən 10 dəfə azdır.

Passiv evin mövcudluğu uzun müddət mövcud olsa da ABŞ-da bu ideya hələlik kök salmayıb.

Deyvid Pibodi: “Bunu həyata keçirmək üçün təşviqat olmayıb. Düşünürəm ki, iqlim dəyişikliyi böyük problemə çevrilib. İnşaat kodeksləri bunu ərsəyə gətirməyə çalışır. Beləliklə insanlar enerji məsələsində şüurlu davranmağa başlayıblar.”

Memar Deyvid Pibodi deyir ki, passiv evlərin inşaat məsrəfləri enir.

Deyvid Pibodi: “Bu evləri münasib edəcək ən yaxşı yol onları iki-üç mərtəbəli tikməkdir. Bu halda evin içində divarlara sərf olan materiallar azaldığı üçün qiymət ucuzlaşır.”

Bu evlər yaxın günlərdə ev almaq istəyən az və ya orta gəlirli insanlara təklif olunmağa başlayacaq.

XS
SM
MD
LG