Accessibility links

Azərbaycan xarici işlər naziri Minsk qrupunun amerikalı həmsədri ilə görüşüb


Elmar Məmmədyarov BMT-də çıxış edib
Elmar Məmmədyarov BMT-də çıxış edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştırakı çərçivəsində sentyabrın 23-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ilə görüşüb.

Azərnycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılıb.

E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

XS
SM
MD
LG