Accessibility links

Elşad Abdullayevin yeni videosu,- bu dəfə polis rəisi və Rövşanə xanım (video)


Elşad Abdullayevin yeni videosu
please wait

No media source currently available

0:00 0:04:48 0:00

Elşad Abdullayevon yeni videosu

Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə xanım olub. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov və onun oğlu Zaur yardımçı ola bilər

“Azadlıq” qəzeti fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yeni videosunu yayıb. Sabiq rektorun bu dəfə redaksiyaya göndərdiyi videoda Rövşanə adlı qadınla oğurlanmış qardaşı Mahir Abdullayevin qaytarılması ilə bağlı söhbət və biznesmen Arzu Kazimovun oğlu Zaur Kazımovla telefon danışığı əksini tapıb.

Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. Bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər. Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub. Rövşanə isə “Azadlıq”a açıqlamasında Elşad Abdullayevin iddialarını təkzib edərək Mahir Abdullayevin işilə bağlı hər hansı fəaliyyəti olmadığını bildirmişdi.

Bu video isə Rövşanənin söylədiklərinin əksini göstərir.

Qəzet eyni zamanda videonun stenoqramını təqdim edib. Videonu və stenoqramı olduğu kimi diqqətinizə təqdim edirik:

Rövşanə: Arzu dedi mən çıxmamışam.

Elşad Abdullayev: Bəlkə sərhədi zadı keçiblər?

Rövşanə: Deyim də Arzu nə vaxt zəng vurub mənə. Dayan, Arzunun axırıncı zəngini deyəcəm sənə. 14:50 saat neçədir?

Elşad Abdullayev: 3

Rövşanə: Bax (telefona gələn zəngin vaxtını Elşad Abdullayevə göstərir). Dedi mən çıxacacam 1 saat yarımdan sonra. Mənim çıxmağım hələ bəlli deyil. Zaur dedi ki, ancaq mən çıxmışam. Yoldayam.

Elşad Abdullayev: Onu (Mahir Abdullayevi nəzərdə tutur) özüylə götürüb?
Telefona zəng gəldiyi üçün danışıqları eşitmək olmur.
Bir neçə saniyədən sonra Rövşanənin telefonuna Arzu Kazımovun oğlu Zaurdan zəng gəlir.

Rövşanə: Salam Zaur. Necəsən? Qaqamdı ee bu. Dağlardı ee. Elşad müəllim, bilirsən nə “bayovoy” oğlandır?! Elşad müəllimin yanında oturmuşam. Elşad müəllim səninlə fəxr edir ee. (Rövşanə üzünü Elşad müəllimə tutaraq Zaurun ona dediklərini çatdırır). Deyir telefon tutmur. Ala danış Elşad müəllimlə (Telefonu Elşad Abdullayevə uzadır).

Elşad Abdullayev: Zaur salam. Mənəm eee Elşad müəllimdir. Alo, alo, alo. Hə, nağayrırsan? Kefin-əhvalın? Nağayrırsan? Sağ ol, əzizim! Nə xəbər var? Hə, qadan alım sənin. Hə, hə, hə. Mahirlə görüşə bildiniz? Hə... Hə... Hə... Sən Allah? Getmişdin, götürüb gələydin də? Alaydın qucağıva. Hə, hə, hə. Qaydasına qoyulacaq, hə. Sağ ol, əzizim, sağ ol, onlar xırda şeylərdir. Sağ ol, qadan alım sənin. Şeydi... Papan ordadı yoxsa o da gəlir? Indi zəng edirəm götürmür. Ona de ki, Mahirsiz gəlməsin.

Elşad Abdullayevlə Zaurun telefon danışığına Rövşanə müdaxilə edir: Saat 3-də orda idi. Arzu müəllim orda idi. Dedi hələ çıxmıram.

Elşad Abdullayev yenə Zaurla danışır: Sən canın ona de ki, Mahirsiz gəlməsin. De ki, səni Azərbaycan “propiskasından” çıxardıblar(gülür).

Elşad Abdullayev üzünü Rövaşənəyə tutaraq: “Zaur ”Yurfak"ın tələbəsidir. “Yurfak”ın tələbələrinin hamısı belə qəşəng olurlar.

Rövşanə: Zaur kimisi yoxdur ee. “Bayevoy”dur. Avtomat sinəsində yol çıxır.

Elşad Abdullayev: Rövşanə xanım, tərifləyir səni. Deyirəm “Yurfak”ın tələbələri hamısı belə olur.

Rövşanə: Hamısı belə ola bilməz. Zaur kimi heç kim ola bilməz. Elşad müəllim, heç kim onun kimi ola bilməz.

Elşad Abdullayev: Sən mənim canım. Zaur biz hüquqşünas adamıq. Arzu müəllimlə danış. De, dədə Mahirsiz gəlmə. Otur orada.

Rövşanə: Zaur gətirəcək onu.

Rövşanə: Quran haqqı, Zaur gətirəcək onu. “Bayevoy” uşaqdır, deyir özüm gətirəcəm. Quran haqqı.

Elşad Abdullayev: Bu günə Mahiri tapa biləcəyik görəsən?

Rövşanə: Inşallah!

Elşad Abdullayev: Zaur, sən özün gətirə bilməzsən?

Rövşanə: Narik bunun dostudur, sən nə danışırsan?

Elşad Abdullayev: Ay sənin canıvı yeyim. Nə vaxt şəhərdə.. bu günləri? Sən indi Azərbaycandasan, yoxsa o tərəfdəsən? Bu gün Mahirlə görüşə biləcəyik, qadan alım?

Rövaşanə: Inşallah, inşallah, inşallah. Sən Zaurdan tut eee. Onun ayağı quşdur.

Elşad Abdullayev: Gözdəyirəm də. Sən şəhərdə nə vaxt olacaqsan qadan alım?

Rövşanə: Sən, Zaurdan tut eee. Ürəyimiz Zaurdu.

Elşad Abdullayev: Saat yarımdan sonra Mahirlə görüşürük də? Qadan alım sənin. Qadan alım sənin. Tez gəl eee, xəbərin yoxdur sənin, tez gəl.

Elşad Abdullayevin Zaurla söhbəti bitirir, telefonu yenidən Rövşanə götürüb onunla danışır: Zaur, qurban olsun sənə bacın. Deyirəm ki, mənim qaqamdan heç yerdə ola bilməz.

Video bu yerdə bitir.
XS
SM
MD
LG