Accessibility links

Məhəmməd Əli Qasedi: Hicabsızlıq artır


hicabsız qız
hicabsız qız

Cümə namazı öncəsi danışan Ərdəbil baş ədliyyə rəisi Məhəmməd Əli Qasedi bildirib ki, vilayətdə hicabsızlıq və narkomaniyanın artması ailələr arasında nizamsızlığa səbəb olur. O əlavə edib ki, bunlarla bərabər peyk televiziyalarına baxmaq və spirtli içkilərə marağın artması ailə düzənini təhdid edir.

Ədliyyə rəisi əlavə edib ki, ötən il Ərdəbil vilayətində evlərdə istehsal edilən 18 min litr spirtli içki və 18 min şüşə aşkar edilib. O, toy və şənliklərdə spirtli içkilərindən istifadə edilməsini pisləyib.

“Ərdəbildə ictimai vəziyyət pisləşir, şikayətlər çoxalır. Belə ki, keçən il məhkəməyə 300 min şikayət edilib. Onlardan 110 mini ailə-məişət zəminində mübahisələrlə əlaqədar olub. Məhkəməyə müraciət edənlərin 3500 nəfəri boşanma, 29000 münaqişə, 7800-nü oğurluq hallari təşkil edir” -deyə Məhəmməd Əli Qasedi qeyd edib.

Spirtli içkilərin istehsalı və istifadəsi yasaq olan İranda qaydanı pozanlara şallaq cəzası tətbiq edilir.

XS
SM
MD
LG