Accessibility links

Son məlumat: Cəbhədə qızğın döyüşlər gedir - itkilər var (Yenilənir-3)


Cəbhə xətti (Görüntü Müdafiə Nazirliyinin videosundan götürülüb)
Cəbhə xətti (Görüntü Müdafiə Nazirliyinin videosundan götürülüb)

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin son məlumatında deyilir.

Mətbuta xidmətinin Bakı vaxtı ilə saat 17 radələrində yaydığı məlumatda bildirirlir ki, son saatlar ərzində cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

“Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir”, müdafiə nazirliyi qeyd edir.

Erməni tərəfi də cəbhədə qızğın döyüşlər olduğunu təsdiq edir.

***

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusunun növbəti təxribatına cavab verdiyini bildirir.

Mətbuat xidmətinin məlumatında deyilir ki, aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstərib.

“Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır”, məlumatda qeyd edilir.

Öz növbəsində, Ermənuistan mediası rəsmi mənbələrə istinadən cəbhədə ağır döyüşlər getdiyini bildirir. İtkilərlə bağlı məlumat verilmir.

***

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti erməni qüvvələrinin yüksək vəzifəli zabitlərinin öldürüldüyü barədə aprelin 4-də məlumat yayıb.

Məlumatda deyilir ki, “Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib”.

Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.

Rəsmi Yerevan Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təsdiq və ya təkzib edən mlumat yaymayıb.

XS
SM
MD
LG