Accessibility links

Erməni idmançılar Bakıya gəlib


Ermənistan idmançıları
Ermənistan idmançıları

İyunun 9-da axşam saatlarında Ermənistan nümayəndə heyəti Avropa Oyunlarında iştirak üçün Bakıya gəlib.

Bu barədə Avropa Oyunlarının Əməliyyat Komitəsinin məlumatında deyilir.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar. İdmançılar və onları müşayiyət edən şəxslər, o cümlədən jurnalistlər Atletlər Kəndinə yerləşdiriliblər.

Vəd edilmiş 25 nəfər əvəzinə cəmi 18 erməni idmançısı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.

İyunun 12-dən 28-dək davam edəcək I Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisinin iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG