Accessibility links

Ermənilər iddia olunan qətliam qurbanlarını yad edir


Onlar qurbanların xatirə abidəsinin önünə güllər və əklillər düzürlər

On minlərlə erməni Birinci Dünya Müharibəsi zamanı Osmanlı Türklərinin həyata keçirdiyini iddia etdikləri qətliamın 95-ci ildönümünü qeyd edirlər. Onlar qurbanların xatirə abidəsinin önünə güllər və əklillər düzürlər. Bu gün Ermənistan prezidenti Serj Sarkisyan bütün dünya ölkələrinə, o cümlədən Türkiyəyə bəşəriyyətə qarşı cinayətlərin qarşısının alınmasının vacibliyini anladığına görə təşəkkürünü bildirib. Ermənilər iddia edir ki, qətliam Osmanlı Türklərinin apardığı kampaniyanın tərkib hissəsi olub və bu genosid sayılmalıdır. Türkiyə isə qətllərin baş verdiyini etiraf etsə də, öldürülənlərin sayının həddən artıq şişirdildiyini bildirir və buna genosid adının verilməsinə qəti şəkildə etiraz edir. Rəsmi Ankara deyir ki, ermənilər sonda Osmanlı İmperiyasının dağılması ilə nəticələnən vətəndaş müharibəsi zamanı həlak olublar.

XS
SM
MD
LG