Accessibility links

Ermənilər Van gölündə Ahdamar adasındakı qədim kilsədə ibadət ediblər


Yüzlərlə erməni xristian son 95 ildə ilk dəfə olaraq Türkiyənin şərqində, Van gölündə yerləşən Ahdamar adasındakı kilsədə messa keçiriblər. Van gölündəki Ahtamar adasında yerləşən kilsə 10-cu əsrdə inşa edilib. Birinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq türk hökuməti ermənilərə bu kilsədə ibadət etməyə icazə verib. Türk rəsmilər bildiriblər ki, Türkiyə ilə Ermənistan arasında barışığa yol açmaq üçün hər il Ahtamar adasında ibadət mərasimi keçirməyə icazə veriləcək. Türkiyənin Van vilayətində 1915-ci ilədək çox sayda erməni yaşayıb. Kilsə 2007-ci ildə muzey kimi yenidən açılıb və hazırda Türkiyə hökuməti tərəfindən restavrasiya edilir.

XS
SM
MD
LG