Accessibility links

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü təxirə salınıb


Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri

Buna Türkiyə xarici işlər nazirinin Fələstin problemi ilə bağlı Amerikaya səfəri səbəb olub

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin noyabrın 28-də Türkiyənin Ərzurum şəhərində keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

İRNA agentliyinin məlumatına görə, görüşün təxirə salınmasına Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun Nyu-Yorka səfəri səbəb olub. Belə ki, noyabrın 29-da Fələstinin BMT-yə müraciəti müzakirə ediləcək. Ə.Davutoğlu müzakirələrdə iştirak üçün bu ölkəyə səfərə gedəcək.

Nazirlərin görüşünün nə vaxt keçiriləcəyi hələ məlum deyil. İndiyədək üç ölkənin xarici işlər naziri iki görüş keçirib. Birinci görüş İranın Urmiya şəhərində, ikinci görüş isə Azərbaycanın Naxçıvan şəhərində olub.
XS
SM
MD
LG