Accessibility links

Üzeyir Cəfərov: Nizamnamədən kənar davranış nəticəsində 40-dan çox əsgər dünyasını dəyişib [Audio]


Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

Ekspertin fikrincə, hərbi hissələrdə əsgərlərin bir-birini qətlə yetirməsi və intiharının səbəblərindən biri müxtəlif yaşda olan insanların birgə xidmət etməsidir

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hərbi hissələrdə əsgərlərin bir-birini qətlə yetirməsi və intihar etməsinin əsas səbəblərindən biri müxtəlif yaşda olan insanların birgə xidmət etməsidir. “Milli Məclis bir neçə il qabaq qanunvericiliyə dəyişiklik edərək hərbi xidmətə çağırış yaşını 35-ə qaldırdı. İndi 18 yaşlı cavan oğlanla 35 yaşlı kişi eyni hərbi hissədə əsgəri xidmət keçir. Yaş fərqinin çox böyük olması “dedovşina”nın (qoçu əsgər) orduya yol açmasına səbəb olur”.

Üzeyir Cəfərovla müsahibə
please wait

No media source currently available

0:00 0:04:24 0:00
Direct link

2012-ci ilin yeddi ayında 63 əsgər dünyasını dəyişib, 62 əsgər isə yaralanıb. “Həlak olanların yalnız 12 nəfəri düşmən gülləsi ilə dünyasını dəyişib. 40-dək əsgər nizamnamədən kənar davranış nəticəsində ölüb. 13 əsgər intihar edib”.
Ekspert hesab edir ki, qeyri-döyüş itkiləri ilə bağlı qaldırılan cinayət işlər sərt sonluqla bitməlidir. “Amma, cinayət işlər qaldırılır, araşdırma və istintaq aparılır, ciddi məhkəmə hökmləri ilə nəticələnmir. Bu isə komandirlərin məsuliyyət məsələsinə ciddi təsir edir”.
Cənab Cəfərovun fikrincə, ordunun NATO standartlarına keçidi sürətləndirilməli, professional ordu qurulmalıdır. “Yalnız bu halda orduda problemlərin böyük əksəriyyəti aradan qalxa bilər. Orduya demokratik nəzarət işi sənədlərdə qalmamalıdır. İctimai nəzarət işlər real qurulmalıdır”.
Ekspert son günlər orduda əsgərlərin intihar və bir-birini güllələməsi faktlarına orduda demokratik nəzarəti həyata keçirən qeyri hökumət təşkilatlarının münasibət bildirməməsini pisləyib.
XS
SM
MD
LG