Accessibility links

Eşidilməyən səslər: Uşaqlara qarşı məcburi əməyə son layihəsi başa çatıb


Amerika səfirliyi
Amerika səfirliyi

Amerika səfiri tədbirdə iştirak edib. Layihə küçə və insan alverinə cəlb olunmuş 100-dən çox uşaq müəyyən edib

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ səfirliyinin maliyyələşdirdiyi “Eşidilməyən səslər: Uşaqlara qarşı məcburi əməyə son” adlı layihənin başa çatması münasibəti ilə mayın 17-də Pirşağı qəsəbəsində yerləşən 10 saylı İnternat məktəbində keçirilmiş “Çərpələng uçuranlar” adlı tədbirdə çıxış edib.

Layihə, Kəmalə Ağazadənin rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən həyata keçirilir.

ABŞ səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı tərəfindən maliyyələşdirilmiş “Eşidilməyən səslər” layihəsi səfirliyin Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində müxtəlif proqramların icrasına sərf olunmuş 300 000 dollar həcmində yardımın bir hissəsidir.

Layihə ötən ildə Bakının Binəqədi, Yasamal və Sabunçu rayonlarında küçə və insan alverinə cəlb olunmuş 100-dən çox uşaq, xüsusilə beynəlxalq konvensiyalara əsasən insan alverinin forması hesab olunan, valideynləri və ya digərləri tərəfindən dilənçiliyə cəlb olunmuş uşaqlar haqqında informasiya toplayıb.

“Çərpələng uçuranlar” tədbirində kimsəsiz uşaqlar tərəfindən hazırlanmış və küçə həyatının onların gözü ilə canlandırıldığı üç qısametrajlı film nümayiş etdirilib.

Səfir Morninqstar, küçədə üzləşdikləri çətinliklər haqqında ictimaiyyəti maarifləndirmək məqsədi ilə hazırladıqları filmlərə görə uşaqlara təşəkkür edib.

“Biz düşünürük ki, siz həyatın riskləri və təhlükələri ilə küçədə üzləşdiyinizə görə inanılmaz dərəcədə cəsursunuz”, deyə o qeyd edib. .

Bu filmlər eyni zamanda sosial media saytlarında nümayiş etdiriləcək və onlar küçə uşaqlarının məcburi əməyə cəlb olunması probleminə diqqətin yönləndirilməsi və münasibətlərin dəyişdirilməsi məqsədi ilə sosial mediada aparılan reklam kampaniyasının bir hissəsini təşkil edir.

Bu layihə çərçivəsində bu uşaqların övladlığa götürülməsi, sığınacaqların təmin olunması və onların cəmiyyətə inteqrasiya ilə əlaqədar olan digər tədbirlər haqqında siyasətin formalaşdırılması istiqamətində dövlət orqanlarına tövsiyələr hazırlanıb.

Layihə ötən il ərzində dilənçiliyə və ya məcburi əməyə cəlb edilmiş, əksəriyyəti maşınların yuyulması və digər işlərdə məcburi qaydada çalışdırılmış 9-17 yaş arasında 100-dən çox uşaq aşkar edib.

Hər il ABŞ Dövlət Departamenti İnsan Alverinə Qarşı Hesabatında ABŞ hökumətinin insan alverinə qarşı mübarizə fəaliyyətini gücləndirmək istiqamətində Azərbaycan hökumətinə verdiyi tövsiyələrin siyahısını təqdim edir.

ABŞ səfirliyi məcburi əmək və insan alverinə qarşı mübarizə sahəsində çalışan rəsmilərin bacarıqlarının artırılması istiqamətində Azərbaycan hökuməti ilə birgə çalışır.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi də (USAİD) ATƏT-ə ayrılmış maliyyə yardımı vasitəsi ilə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən əsas dövlət orqanlarındakı tərəfdaşlar arasında nazirliklər səviyyəsində, eləcə də qeyri-hökumət təşkilatları arasında əlaqələndirmənin və imkanların gücləndirilməsi istiqamətində səy göstərir. 319,000 ABŞ dolları həcmində maliyyə dəstəyi ayrılmış bu layihə tərəfindən yerli QHT-lərə məxsus olan və qadınlara, kişilərə, uşaqlara dərhal yardım və dəstək göstərilən insan alverinin qurbanları üçün ayrılmış üç sığınacaqlara da yardım edilir.

Proqram çərçivəsində sənədi olmayan şəxslərin qeydiyyata alınması üçün hüquqi yardımlar göstərilir ki, bu da onların insan alverinə qarşı olan həssaslığını azaltmış olur.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG