Accessibility links

Azərbaycan vətəndaşı əsir götürülüb


Şahbaz Quliyev
Şahbaz Quliyev

Mülki şəxs Şahbaz Quliyev Azərbaycanın Ermənistan Ordusunun nəzarətində olan Kəlbəcər rayonunda əsir düşüb

Ermənistan mediası rəsmi mənbələrə istinadən Azərbaycanın Tərtər rayonunun (Bakıdan 340 kilometr şimal-qərb) Qapanlı kənd (Qarağacı bələdiyyəsi) sakini Şahbaz Quliyev (1968-ci il təvəllüdlü) diversiya məqsədilə cəbhə xəttini keçdiyini və əsir düşdüyünü bildirir. Media Quliyevin Azərbaycanın Ermənistan Ordusunun nəzarətində olan Azərbaycanın Kəlbəcər rayonu istiqamətində cəbhə xəttini keçdiyini və Azərbaycanın diversiya kəşfiyyat qrupunun üzvü olduğunu yazır. Ermənistan KİV-ləri Şahbaz Quliyevin fotolarını da dərc edib.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Şahbaz Quliyevin böyük qardaşı İlham Quliyev Teleqraf.com saytına bildirib ki, qardaşı hərbçi deyil, mülki şəxsdir: "O, daha əvvəl də Kəlbəcərə gedib. Neçə dəfə demişik ki, həyatını təhlükəyə atma. Xeyri olmadı. Çox narahatıq".

İ.Quliyev həmçinin bildirib ki, əsir düşən qardaşı ailəlidir, bir qızı var: "İyunun 18-dən sonra ondan xəbərimiz yoxdur. O, Qarabağa tək getmirdi".

Tərtər rayon İcra Hakimiyyətindən Şahbaz Quliyevlə bağlı Amerikanın Səsinə məlumat verməkdən imtina ediblər. Bununla yanaşı Qarağacı bələdiyyəsindən Şahbaz Quliyevin kənddə yaşadığını və mülki şəxs olduğunu təsdiq ediblər.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından isə məlumat almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG