Accessibility links

ABŞ-ın müdafiə naziri İraqa səfər edib


Mideast Iraq US
Mideast Iraq US

Eş Karter İraqın bir sıra yüksək səviyyəli rəsmiləri ilə görüşəcək

ABŞ müdafiə naziri Eş Karter gözlənilmədən İraqa səfər edib. İraq ABŞ-ın başçılıq etdiyi hava hücümları və təlimlərinin köməkliyi ilə İslam Dövlətinə qarşı mübarizə aparır.

Bu gün Bağdada çatan cənab Karter orada baş nazir Heydər Əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi daxil olmaqla İraqın bir sıra yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

Pentaqon rəhbəri ABŞ-ın İslam Dövlətinə qarşı mübarizəyə cəlb etməyə çalışdığı sünni liderlərlə də görüş keçirəcək. İslam Dövləti İraqın şimal və qərbində bəzi bölgələrə nəzarət edir.

Prezident Barak Obama artıq bir neçə vaxtdır İslam Dövlətinə qarşı mübarizəni güclədirməklə bağlı təzqyiqlərə məruz qalsa da, o, ABŞ quru qüvvələrini İŞİD-lə müharibəyə qoşulmasından imtina edir.

XS
SM
MD
LG