Accessibility links

Faiq Əmirov 20 kiloqramadək arıqlayıb [Audio-Müsahibələr]


Faiq Əmirli
Faiq Əmirli

Faiq Əmirovun həyat yoldaşı Lalə Əmirova və vəkil Aqil Layıcov Amerikanın Səsinə müsahibələrində bu barədə danışıb

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirovun səhhəti kəskin pisləşib. Bu barədə onun həyat yoldaşı Lalə Əmirova Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:01:45 0:00

Faiq Əmirov bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

Əmirov həbsini siyasi sifariş sayır.

Onun fəalı olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyanatında bildirir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Faiq və Lalə Əmrli övladları ilə
Faiq və Lalə Əmrli övladları ilə

Lalə Əmirovanın sözlərinə görə, Faiq Əmirovun mədəsində uzun illərdir davam edən problem kəskinləşib.

“O, həbsdə olduğu müddətdə 20 kiloqrama yaxın arıqlayıb. Ürəyində də ağrılar başlayıb”.

Lalə Əmirova təcridxanada həyat yoldaşının müayinəsi və müalicəsi ilə bağlı ciddi işlər görülmədiyini deyib.

“Mən bildiyim qədər onun müalicəsi ilə bağlı hər hansı tədbir görülmür, heç cəhd də olmur. Faiqin mədəsində problemlər var, müalicə aldığı tibb müəssisəsindən arayış da alıb təqdim etmişəm. O duru yeməklər qəbul etməlidir. Ancaq təcridxana şəraitində bu mümkün deyil”.

Vəkil Aqil Layıcov da Ameriknaın Səsinə Faiq Əmirovun mədə xorasından illərdir əziyyət çəkdiyini və müalicə aldığını bildirib.

please wait

No media source currently available

0:00 0:01:44 0:00

“Onun çəkisində kəskin azalma var. Bu da mədəsində olan problem və qida rasionu ilə bağlıdır”.

Vəkil Faiq Əmirov barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini vacib sayır.

“O, dərmanlarını vaxtında qəbul etsə və qida rasioununda dəyişiklik edib, duru yeməklər yesə çəkisi bərpa oluna bilər. Bu isə ev şəraitində mümkündür”, Layıcov qeyd edib.

Öz növbəsində, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məsələni diqqətdə saxlayacağını bildirib.

XS
SM
MD
LG