Accessibility links

Azərbaycanlı fəal həbs olunub


Behbud Quluzadə
Behbud Quluzadə

Digər fəal isə millətçilikdə və ictimai asayişi pozmaqda günahlandırılaraq 3 ay şərti həbs və 30 şallaq zərbəsi cəzası alıb

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Behbud Quluzadə tutulub. Fəal dörd gün əvvəl tutulsa da, bu haqda xəbər fevralın 20-də yayılıb.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Qoşaçay (Miyandab) şöbəsinin əməkdaşları Behbud Quluzadəni fevralın 16-da mağazasında tutub aparıblar. Mağazada və evdə axtarış aparılıb, fəala məxsus kompüter, CD-lər, əlyazmalar, kitablar, fotoalbom və bir sıra digər əşyalar götürülüb.

Behbud Quluzadənin hazırda harada saxlandığı, konkret nədə günahlandırıldığı bilinmir.

Behbud Quluzadə milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl də dəfələrlə tutulub, az müddət saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Yaşar Piri isə şərti həbs və şallaq zərbəsi cəzasına məhkum edilib.

“Media forum” saytının məlumatına görə, cəzanı Təbriz məhkəməsi verib. Yaşar Piri millətçilikdə və ictimai asayişi pozmaqda günahlandırılaraq 3 ay şərti həbs və 30 şallaq zərbəsi cəzası alıb.

Fəal Urmiya gölünün qurudulmasına etiraz olaraq Təbrizdə keçirilmiş aksiyalara qatıldığına görə tutulmuş, 20 gün ETTELAAT-ın təcridxanasında saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG