Accessibility links

Qərb Sahilində daha bir bıçaq hücumu qeydə alınıb


Israeli medics evacuate a man wounded in what police suspected was a Palestinian stabbing attack to Barzilai hospital in Ashkelon, Nov. 21, 2015.
Israeli medics evacuate a man wounded in what police suspected was a Palestinian stabbing attack to Barzilai hospital in Ashkelon, Nov. 21, 2015.

Bazar ertəsi İsrail rəsmiləri Qüdsün mərkəzində yerləşən bir marketin yanında fələstinlilərin daha bir bıçaq hücumu həyata keçirdiyini bildirib. Bu hücum Qərb Sahilinin İsrailin nəzarəti altında olan hissəsindəki insidentlərdən bir gün sonra baş verib.

Polis bildirib ki, hücumu iki qadın həyata keçirib. Onlar polis tərəfindən vurulmadan öncə bir kişini yaralayıb.

İsrailin Fövqəladə Hallar İdarəsinin verdiyi məlumata görə, insident zamanı dörd israilli yaralanıb.

İsrail ordusu xəbər verib ki, bazar günü 21 yaşlı fələstinli bir qadını baş və sinə nahiyələrindən bıçaqlayaraq öldürüb. Daha sonra əsgərlər fələstinlini güllə ilə vurub.

Daha öncə baş verən hücumda ordu bir əsgərin hərbi bazanın girişində bıçaq çıxaran bir qadını vurub öldürüdüyünü bildirib.

8 həftədir küçələrdə baş verən zorakılıqlar İsrailin təhlükəsizlik sistemində çətinliklər yaradıb. ABŞ dövlət katibi Con Kerrinin bu həftə regiona səfər edəcəyi gözlənilir.

XS
SM
MD
LG