Accessibility links

Fələstinlilərin Dəməşqdəki qaçqın düşərgəsinə hücum olub


Suriya prezidenti Bəşər Əsədə qarşı 17 aydır davam edən zorakılıqların getdikcə gücləndiyi bir vaxt, BMT Baş Assambleyasında Səudiyyə Ərəbistanının bu ölkə ilə bağlı irəli sürdüyü qətnamə bu gün səsə qoyulur.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu çərşənbə günü fələstinlilərin Dəməşqdəki qaşqın düşərgəsinə edilən qümbara hücumları nəticəsində azı 21 nəfərin öldüyünü bildirib. Lakin xəbərdə hücumun kimlər tərəfindən edildiyi barədə məlumat verilmir.

Təşkilat eləcə də bu gün Həma, İdlib və Hələb şəhərləri də daxil edilməklə, ölkədə hökumət qüvvələri ilə qarşıdurmaların baş verdiyini, Dəra şəhərində hökumət ordusunun vertolyotlardan istifadə etdiyini bildirib.
XS
SM
MD
LG