Accessibility links

Barak Obama Florida ştatının qalibi elan edilib


Spanish language election campaign signs promoting President Barack Obama hang on the windows at Lechonera El Barrio Restaurant in Orlando, Florida, October 26, 2012.
Spanish language election campaign signs promoting President Barack Obama hang on the windows at Lechonera El Barrio Restaurant in Orlando, Florida, October 26, 2012.
ABŞ prezidenti Barak Obama qələbə əldə etdiyi seçkilərdən 4 gün sonra Florida ştatının qalibi elan edilib. Florida səslərin seçkilərdən sonra hesablandığı yeganə stat idi.

Bu ştatda Obama səslərin 50, Romni isə 49.1 faizini əldə edib. Fərq isə 74 min səs təşkil edib.

Florida səsləri olmadan belə Barak Obama qələbə üçün lazım olan 270 elektoral səsdən daha artıq səs toplamışdı. Son hesablamalardan sonra Obamanın qazandığı səs 332, Mitt Romininin isə 206-dır.

ABŞ prezidenti 10 mühüm ştatdan 9-da qalib çıxıb. O, Kolorado, Ayova, Nevada, Nyu-Hempşir, Ohayo, Pennsilvaniya, Virciniya və Viskonsin ştatlarında qələbə əldə edib.
XS
SM
MD
LG