Accessibility links

Fələstin idarəsi yeni seçkilərin keçirilməsinə çağırır


Fələstin idarəsi yeni seçkilərin keçirilməsinə çağırır

Fələstin idarəsi yeni seçkilərin keçirilməsinə çağırır

Fələstin İdarəsi vaxtı çoxdan keçmiş prezident və parlament seçkilərinin keçirilməsi haqda planlarını açıqlayıb. Fələstin prezidenti Mahmud Abbasın yardımçısı Yasir Rabbo Fələstin idarəsinin icraçı komitəsinin Ramallahda keçiriləın iclasından sonra açıqlama verib. O, səsvermənin dəqiq tarixini göstərməyib. Bəyanatda fələstinli fraskiyaların aralarındakı fikir ayrılıqlarını bir kənara qoymasına və ən geci sentyabrda seçkilərin keçirilməsinə çağırılır.

Qəzzanı idarə edən Həmas liderləri səsverməyə çağırışı rədd ediblər. Sözçü Fəvzi Barhum İslamçı qrupun legitim olmadığına görə seçkilərdə iştirak etməyəcəyini bildirib. Həmas deyib ki, iki hökumət arasında barışıq olmayınca səsvermə keçirilə bilməz.

Bu arada İsraillə danışıqlar aparan fələstinli nümayəndə Saeb Erekat vəzifəsindən istefa verib. Erekatın istefasına səbəb ötən ay sızdırılmış sənədlərlə bağlıdır. Əl-Cəzirə telekanalının açıqladığı sənədlərə əsasən Erekat İsrailə əlavə güzəştlərə getməkdə ittiham olunur.

XS
SM
MD
LG