Accessibility links

Dünyada israf edilən ərzaq milyonlarla insanı xilas edə bilər


BMT-nin ərzaq məsələləri üzrə eksperti dünyada israf edilən ərzaqın dörddə bir hissəsinin təxminən bir milyard insanı aclıqdan xilas edə biləcəyini deyib.

BMT-nin Ərzaq və Kənt Təsərrüaftı Təşkilatı hər il 1,3 milyard dəyərində ərzaq məhsullarının israf edilməsi və ya tullanmasının qarşısını almaq məqsədilə kampaniyaya başlayıb.

Təşkilatın rəhbəri Robert Van Otterdijak deyib ki, dünyada yetişdirilən və 1 trilyon dollar dəyəri olan ərzaqın üçdə bir hissəsi ərzaq istehsalı və istehlakı prosesində israf olunur.

Van Otterdijk deyib ki, israf edilən ərzaqın dörddə bir hissəsinə qənaət edilsə bu, dünyada hər gün aclıq çəkən 879 milyon insanı qida ilə təmin etməyə kifayət edə bilər.

Təşkilatın rəhbəri problemin əsas mənbəyini də göstərib. Onun sözlərinə görə, ərzaq məhsullarının ya istehsal edilən zaman, ya da çatdırılan vaxt israf edilməsinə yol verilir. Problemin bir hissəsi də ərzaqın çatdırıldıqdan sonra bəzən hər hansı bir səbəbə görə tullanması ilə bağlıdır.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə istehlakçıların istifadə edildiyindən daha çox ərzaq alması və saxlanılma şəraitindən asılı olaraq ərzaq məhsullarının sonradan tullantıya çevrilməsi israfçılığa gətirib çıxarır.
XS
SM
MD
LG