Accessibility links

Foxcatcher – Tülkü ovçusu filmi [Video]


Foxcatcher - Tülkü ovçusu filmi
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Kinorejissor Bennet Millerin yeni cinayət draması Foxcatcher – Tülkü ovçusu filmi yöndəmsiz milyonçu Con Dü-Ponla Olimpiya çempionu Mark Şults arasındakı münasibətdən bəhs edir. Mark Şultsun tərcümeyi-halı əsasında çəkilən və komediya ustası Stiv Karrelin oynadığı bu film tez bir zamanda şöhrət qazandı.

Fiziki cəhətdən zəif olan kimyaçı Dü-Ponun varisi Con Dü-Pon gözlənilmədən güləşə maraq göstərir. O, özünü güləş üzrə məşqçi kimi qələmə verərək, Fokscatcher adlandırdığı komandanı maliyyələşdirməyə və məşqləri öz iqamətgahında keçirməyə başlayır. Onun ən çox sevdiyi güləşçi isə Mark Şultsdur.

Etibarlı, lakin o qədər də təhlükəsiz olmayan Mark Şultsu aktyor Çanninq Tatum oynayır. Stiv Karrelin ifa etdiyi Dü-Pon xarakteri özünü tədricən göstərir. Onun oynadığı rol artıq Oskarı özünə cəlb edir. Tənqidçilər rejissor Millerin belə bir xarakter üçün komediya ustasını seçməsini alqışlayır.

“Mən belə bir qaranlıq xarakterli insanın kimin anlaya biləcəyini başa düşdüm. Bu rola elə bir aktyor tapmaq lazım idi ki, siz o adamdan həmin hərəkətləri gözləməzdiniz.” deyə, rejissor Bennet Miller bildirir.

Rejissor deyir ki, güclü makiyaj Karreli yöndəmsiz Con Dü-Pona çevirdi. “Stiv hamıdan iki saat əvvəl gəlib makiyaj üçün oturardı. Ona görə də heç kəs onu makiyajsız görməyib.”

Filmdə güləşçi ilə milyarderin münasibətlərindən danışılır. Burada Markın qardaşı, Olimpiya çempionu David Şults da var. O, da Dü-Ponun iqaməgahında qalaraq, qardaşına təlimlərdə yardım edir. David Markla müqayisədə daha müstəqildir. Lakin haradasa, o da Dü-Pondan maddi baxımdan asılı olur, baxmayaraq ki, Dü-Pon getdikcə dəyişir.

Foxcatcher-ə baxarkən tamaşaçı komediya ustası Stiv Karrelin dəhşətli obraz yaratmasına şahid olur.

XS
SM
MD
LG