Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzayın ABŞ-a səfəri başa çatır


Cənab Karzay Əfqanıstana dəstəyi və ABŞ ordusunun oradakı fəaliyyətlərinə görə Birləşmiş Ştatlara dəfələrlə təşəkkürünü bildirib

Əfqanıstan prezidenti Həmid Karzayın Birləşmiş Ştatlara dörd günlük səfəri bu gün, Kentaki ştatındakı hərbi bazaya baş çəkməsi ilə sona yetir. Cənab Karzay Fort Kambell hərbi bazasında Əfqanıstana yola düşməyə hazırlaşan əsgərlərlə görüşəcək. Cənab Karzay Əfqanıstana dəstəyi və ABŞ ordusunun oradakı fəaliyyətlərinə görə Birləşmiş Ştatlara dəfələrlə təşəkkürünü bildirmişdir. Prezident Karzay xəstəxanaya gedərək, Əfqanıstanda yaralanan əsgərlərə baş çəkmiş və orada öldürülən əsgərlərin xatirəsini yad etmək üçün Arlinqton Milli Qəbristanlığında olmuşdur. Vaşinqtonda rəsmi səfərdə olan Əfqanıstan prezidenti prezident Barak Obama və dövlət katibi Hillari Kilinton da daxil edilməklə, ABŞ-ın bir neçə yüksək səviyyəli rəsmisi ilə görüşüb.

XS
SM
MD
LG