Accessibility links

Əfqanıstanda NATO hava zərbələri bir ailəni məhv edib

  • Amerikanın səsi

Əfqanıstan prezidenti Həmid Karzay ölkənin şərqində bir ailənin hava zərbələri nəticəsində həlak olması ilə bağlı təhqiqat aparılmasına göstəriş verib

Yerli rəsmilər bazar günü erkən NATO təyyarəsinin səkkiz üzvlük ailəni məhv etdiyini bildiriblər.

Vilayət qubernatorunun sözçüsü bidirib ki, Paktia vilayətinin Gerda Seray mahalında gecə vaxtı həyata keçirilən hava zərbələri ər, arvad və onların altı övladının ölümləri ilə nəticələnib.

NATO insidentdən agah olduğunu və araşdırma aparıldığını bildirib.

Mülki vətəndaşlar arasında təlafat prezident Həmid Karzay və NATO qüvvələri arasında başlıca ixtilaf nöqtələrindən biridir.

XS
SM
MD
LG