Accessibility links

Əfqanıstanda NATO vertolyotu vurulub


Əfqanıstanda NATO vertolyotu vurulub
Əfqanıstanda NATO vertolyotu vurulub

Taliban yaraqlıların dediklərinə görə, onlar vertolyotu raketlə vurublar

Əfqanıstanda yaraqlıların vertolyotu vurması nəticəsində NATO-nun 4 əsgəri həlak olub. NATO rəsmilər i bildirilər ki, hadisə Əfqanıstanın Helmənd vilayətində baş verib. Taliban yaraqlıların dediklərinə görə, onlar vertolyotu raketlə vurublar. Bu arada NATO bildirir ki, Əfqanıstanın cənubunda yolkənarı bomba partlayışıı nəticəsində bir koalisiya əsgəri həlak olub. Keçən bazar ertəsindən bəri baş verən toqquşmalarda NATO-nun 18 əsgəri həlak olub. Bu gün Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts deyib ki, koalisiya qüvvələrində iştirak edən ölkələr cari ilin axırlarında Əfqanıstanda tərəqqi əldə edilməsini görmək istəyirlər. Cənab Geyts hazırda britaniyalı həmkarı ilə görüşmək üçün Londondadır.

XS
SM
MD
LG