Accessibility links

Əhməd Əbutalib:"Karikaturalar dərc edənlərə qarşı pis niyyətdə olanlara “Rədd olun” deyirik!” [Video]


Əhməd Əbutalib: "Karikatura dərc edənlərə qarşı pis niyyətdə olanlar rədd olun!”
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Əhməd Əbutalib: "Karikatura dərc edənlərə qarşı pis niyyətdə olanlar rədd olun!”

Fransa və Israilin keçən həftə Parisdə baş verən terror qurbanlarını dəfn etdiyi bir vaxt Avropanın siyasi liderləri və ictimaiyyət söz azadlığı ilə nifrət yayımınn fərqi haqda müzakirələr aparır. İslam Fransada ən geniş yayılmış ikinci dindir və burada müsəlmanların sayı Avropanın digər dövlətləri ilə müqayisədə sürətlə artır ki, bu, Qərbin ənənəvi dəyərlərinə hədə ola bilər.

Çərşənbə axşamı İsrail Paris supermarketində qətlə yetirilən dörd yəhudini dəfn etdiyi bir vaxt, Fransa Məhəmməd peyğəmbərin karikaturasını dərc edən satirik jurnalın baş qərargahında qətlə yetirilən müsəlman polislə vidalaşırdı.

Bu arada isə Pakistanın şimal-qərb bölgəsində sərt-xətt təmayüllü ruhanilər jurnalın qərargahına hücum edən və sonradan polis tərəfindən öldürülən qardaşlara anım mərasimi təşkil edib.

Pakistanın “Avami Təhrik” qrupunun vilayət başçısı Pir-Məhəmməd Çişti: “Biz onların ruhunu anmaq üçün və onları dəyərləndirdiyimiz üçün buradayıq. Onlar bütün müsəlmanların görəcəyi işi gördü, onlar bunu bizim əvəzimizə etdi. Çünki peyğəmbərə küfr edənlər bütün müsəlmanların düşmənidir. Buna görə də canlarından keçərək kafirləri cəhənnəmə göndərən bu gəncləri salamlayıram.”

Parisdə etdiyi çıxışı zamanı Fransanın baş naziri Manuel Vals Fransada küfrün qadağan olmadığını deyir. “Bizim qanunda küfrə yer yoxdur, olmayacaq da. Bu, azadlıq və anti-semitizm, irqçilik və terror arasındakı fəqdir.

Cənab Vals ictimaiyyətı dini zəmində parçalanmamağa çağırıb və deyib ki, bunun ən yaxşı yolu Fransada dünyəviliyi müdafiə etməkdir.

Hollandiyanın liman şəhəri Rotterdamın meri Əhməd Əbutalib isə müsəlmanlara müraciət edərək söz azadlığına hörmət etməyənləri ölkəni tərk etməyə çağırıb. “Biz xoşməramlı müsəlmanların bizimlə birlikdə cəmiyyətimizdə qalmasını istəyirik. Lakin qəzetlərdə karikaturalar dərc edənlərə qarşı pis niyyətdə olanlara “rədd olun” deyirik.”

Dünya boyu karikaturaçılar fransız həmkarlarının öldürülməsini pisləyir. Bəzi karikaturaçılar isə onların çəkdiyi karikaturtaların Avropada yaşayan günahsız müsəlmanlara qarşı nifrəti artırdığını deyirlər.

Hollandiyalı karikaturaçı Ruben Oppenhaymerin dediyinə görə, hər bir etnik və dini qrupun özünün müqəddəs saydığı məsələlər var, lakin satira qaydaları hamı üçün eynidir. O, bir neçə il əvvəl Holokost haqda cizgi filmi çəkən bir qrup müsəlmanın məhkəməyə verildiyini deyir. “Onlara qarşı ittiham irəli sürüldü və onlar cərimə ödəməli oldular. Appelyasiya məhkəməsində onlara verilən cəza ləğv edildi. Bütün hallarda ikili standrtlardan uzaq durmaq lazımdır."

İfadə azadlığı ilə bağlı debatlar güman ki, davam edəcək, lakin dünya boyu insanların çoxu razılaşır ki, heç bir din qətlə bəraət qazandırmamalıdır.

XS
SM
MD
LG