Accessibility links

Fransada ömürlük həbs cəzasına məhkum olmuş iranlı vətənə qayıdır


Fransa məhkəməsi İranda şah dövrü sonuncu baş naziri qətlə yetirməkdə ittiham edilərək ömürlük həbs cəzasına məhkum olmuş şəxsin azad edilməsinə dair qərar çıxarıb

Fransa məhkəməsi İranda şah dövrünün sonuncu baş nazirini qətlə yetirməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum olmuş şəxsin azad edilməsinə dair qərar çıxarıb. Məhkəmə bu qərarı Fransa Daxili İşlər nazirliyi onun ölkədən çıxarılması haqda qərardan sonra verib.

1994-cü ildə Şahpur Bəxtiyarı qətlə yetirməkdə günahkar tanınaraq həsb edilmiş Əli Vəkili Rad vətənə qayıdır. Vəkilinin ölkədən çıxarılması ilə bağlı addım İranda 10 ay casusluq ittihamı ilə həbs edilmiş fransalı tədiqiqatçı alimin Parisə qayıtmasından sonra atılır.

Buna baxmayaraq, Fransa 24 yaşlı tədqiqatçının azad edilməsi üçün Tehranla razılığın əldə edildiyi haqda fikirləri rədd edir.

XS
SM
MD
LG