Accessibility links

Fransada Beynəlxalq Valyuta Fondunun prezidenti Laqard haqda istintaq başlayıb

  • Amerikanın səsi

Fransada Beynəlxalq Valyuta Fondunun prezidenti Laqard haqda istintaq başlayıb

Fransada Beynəlxalq Valyuta Fondunun prezidenti Laqard haqda istintaq başlayıb

Fransada Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqardın maliyyə naziri olduğu vaxt səlahiyyətlərindən sui-istifadə edib-etməməsini müəyyənləşdirmək üçün təhqiqat başlayıb. Nazirlərin məhkəmə işlərini aparan Respublika Ədalət Məhkəməsi üç hakimdən Laqardın əmlakın mənimsənilməsi, ya da ictimai fondlardan sui-istifadə edib-etmədiyini müəyyən etməsini istəyib. Məhkəmə Laqardın fəaliyyətləri ilə bağlı ilkin instintaqın nəticələri öyrənildikdən sonra təhqiqatın aparılması haqda keçən həftə qərar çıxarıb. Prokurorlar onu 2007-ci ildə Fransa maqnatı Bernard Tapye və dövlətə məxsus bank arasında uzun sürən mübahisəni həll etmək üçün arbitrar şuranın yaradılmasına icazə verərkən səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırırlar. Heyət Fransa prezidenti Nikola Sarkozinin dostu olan Tapyeyə 400 milyon dollar zərər ödənilməsi haqda qərar çıxarmışdı. Keçən ay Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsinə keçmiş Laqard bu iddiaları və hansısa pozuntuya yol verildiyini rədd edir. Beynəlxalq Valyuta Fondunun icraedici şurası ona etibar etdiyini bəyan edib.

XS
SM
MD
LG