Accessibility links

Fransa Ukrayna böhranı ilə əlaqədar olaraq Rusiyaya hərbi gəmi çatdırılmasını növbəti xəbərdarlığa qədər təxirə saldığını bildirib.

Fransa prezidenti Fransua Hollandın ofisinin açıqladığı bəyanatda deyilir ki, hazırda Ukraynanın şərqində yaranmış vəziyyətə görə Rusiya üçün hazırlanmışn Mistral tipli vertolyot daşıyan gəminin çatdırılmasını mümkün deyil.

Buna cavab olaraq, Rusiyanın Müdafiə nazirinin müavini Yuri Borisov RİA novosti agentliyinə Moskvanın təmkinlə gözlədiyini və müqaviləni pozduğuna görə Fransaya qarşı iddia qaldırmadığını bildirib.

Rusiya üçün hazırlanmış Mistral tipli ilk hərbi gəmi olan Vladivostok gəmisi iki ölkə arasında 2011-ci ildə imzalanmış 1,6 milyard dollarlıq müqavilənin bir hissəsi olaraq noyabrın ortalarında çatdırılmalı idi.

Fransa Ukraynanın şərqində fəaliyyətlərinə görə Rusiya ilə razılıqla əlaqədar müttəfiq ölkələrin kəskin tənqidləri ilə qarşılaşımışdır.

XS
SM
MD
LG