Accessibility links

Fransa Azərbaycan şirkətlərini investisiya qoyuluşuna çağırır


Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez

Biz Azərbaycan şirkətlərinin Fransa iqtisadiyyatın investisiya qoymasında maraqlıyıq”, - Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez “Fransada investisiya ayı”na həsr olunan mətbuat-konfransında bildirib.

Səfir qeyd edib ki, Azərbaycanla Fransa və ayrı-ayrı şirkətlər arasında münasibətlərin yüksək səviyyədə olması investorlar üçün yaxşı zəmin yaradır.

O deyib ki, Fransaya investisiya qoymaqla şirkətlər Avropa İttifaqı bazarlarına çıxış əldə edirlər.

“Azərbaycan şirkətlərinin Fransaya investisiya qoyuluşu Azərbaycan iqtisadiyyatının differensasiyasına da yardım edər. Fransa iqtisadiyyatına investisiya qoyan şirkətlər Fransada müxtəlif sahələrdə yeni texnologiyalardan istifadə etməklə bunu Azərbaycanda da tətbiq edə bilər”, A.Buşez vurğulayıb.

İnvestisiya layihələri üzrə direktor, Fransanın ticarət və investisiyalar üzrə təmsilçisi Jerom Klozen deyib ki, Fransa iqtisadiyyatın bütün sahələrində, xüsusilə daşınmaz əmlak, kənd təsərrüfatı, restoran biznesi, turizm, informasiya texnologiyaları sahələrində investisiya üçün cəlbedicidir.

O bildirib ki, Azərbaycanın iki şirkəti Fransa iqtisadiyyatına investisiya qoyub. O, şirkətlərin adlarını açıqlamayaraq deyib ki, bir şirkət daşınmaz əmlak, digəri isə maliyyə sahəsinə investisiya qoyub.

“Bununla yanaşı Londonda fəaliyyət göstərən Azərbaycan şirkətləri də var. Lakin Brexit məsələsindən sonra bu şirkətlər Aİ məkanında fəaliyyət göstərə bilməz. Biz onlara Fransaya gəlməyi təklif edirik”, o vurğulayıb.

Mətbuat konfransında bildirilib ki, iqtisadiyyatın həcminə görə Fransa dünyada 6-cıdır, Fransa bazarı isə Avropada ikincidir. Bununla yanaşı Fransa birbaşa xarici investisiyalar üzrə dünyada 7-ci yeri tutur. Fransa ixracının 32%-i ölkədə çalışan xarici şirkətlərin payına düşür.

XS
SM
MD
LG