Accessibility links

Dunya Miyatoviç Azərbaycanın Cinayət Məcəlləsində düzəlişə görə narahatlığını bildirib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın Cinayət Məcəlləsinə difamasiyanın cinayət kimi qəbul edilməsinə dair düzəlişə görə narahatlığını bildirib.

Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı “İnsan Haqları ilə bağlı Milli Hərəkət Planı” qanununa əsasən difamasiya cinayət sayılmır. Baş prokurorluq tərəfindən təklif olunan düzəliş isə bunun tam əksinə yönəlib. “Mən qanunun onlayn medianı da əhatə etməsindən narahatam” deyə Miyatoviç bildirib.

Milyatoviç,“Mən Azərbaycan hökümətini difamasiyanı cinayət kimi qəbul edilməməsi sözünü tutmağa çağırıram” deyib. “Mənim təşkilatım hökümətə bu yöndə kömək göstərməyə hazırdır.”

Hazırkı qanuna əsasən difamasiya cinayətinə görə üç il həbs cəzası tətbiq ediləcək.

ATƏT-in Bakı ofisi və Azəybaycanın Mətbuat Şurası 2006-cı ildən difamasiyanın Azərbaycanda cinayət sayılmaması üçün səy göstərir.
XS
SM
MD
LG