Accessibility links

Freedom House Azərbaycan hökumətini basqıları dayandırmağa çağırdı


Harvard məzunu Bəxtiyar Hacıyev ötən həftə həbs olunub
Harvard məzunu Bəxtiyar Hacıyev ötən həftə həbs olunub

Washington-da qərargahlanan Freedom House təşkilatı Azərbaycanda gənc fəallara qarşı son basqılarla bağlı bəyanat yayıb. Bəyanatda Freedom House Azərbaycan hökumətini martın 11-də planlaşdırılan etiraz aksiyaları ərəfəsində söz və toplaşma azadlığına hörmət etməyə çağırır. “Bu yaxınlarda üç gənc fəalın həbs edilməsi və Azərilərin Facebook-dan istifadəsini çəkindirən rəsmi bəyanatlar basqıların baş verəcəyi barədə narahatlıq oyadır,” deyə bəyanatda bildirilir.

Cümə günü gənc fəal Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə bir aylıq həbs cəzasına məhkum edilib. Hacıyevin saxlandığı zaman onun təhdidlərə məruz qalması haqda məlumatlar yayılıb. Polis həmçinin Müsavat Partiyasının gənclər təşkilatı ilə əlaqəsi olan Səxavət Soltanlı və NİDA gənclər təşkilatının üzvü Rəşadət Axundovu həbs ediblər. Freedom House-un bəyanatına əsasən, bir neçə həftə bundan öncə dövlət televiziyasında hökümət ekspertləri sosial şəbəkələrdən istifadənin ziyanlı olduğu, hətta onun impotentliyə gətirib çıxara biləcəyi haqda bəyanatlar veriblər.

“Növbəti iki gündə gənc fəallara qarşı davam edə biləcək basqılar repressiyanın aretdığına aydın işarə olacaq, və bu, təkcə beynəlxalq tənqidlərə deyil, geniş sosial narazılığa yol açacaq,” deyə Freedom House təşkilatının icarçı direktoru David Kramer bildirib.

XS
SM
MD
LG