Accessibility links

FSB ABŞ vətəndaşını qısa müddətə həbs etdiyini açıqlayıb

The headquarters of the FSB, the Russian state security service and the main successor to the Soviet era's KGB, are seen at Lubyanka Square in Moscow December 5, 2006. British detectives began work in Moscow on Tuesday as part of a politically-sensitive i

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirir ki, idarə Rusiya kəşfiyyat zabitini Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) işləməyə həvəsləndirən ABŞ vətəndaşını qısa müddətə həbs edib.

FSB saxlanılan şəxsin Rayan Foql olduğunu açıqlayaraq bildirib ki, onun üzərindən xüsusi texniki cihaz, maskalar, külli miqdarda nağd pul və rusları cəlb etmək üçün yazılı təlimat aşkar edilib.

Bəyanatda deyilir ki, ABŞ-ın Moskvadakı səfirliyində Siyasət Departamentinin üçüncü katibi kimi fəaliyyət göstərən şəxs həm də CIA üçün işləyib. ABŞ səfirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Rusiya xəbər agentliyinin məlumatına görə, Foql "iş başında" tutulub. Dövlət televiziyası onu FSB ofisində masa arxasında əyləşərkən göstərib.
XS
SM
MD
LG