Accessibility links

AXCP sədrinin müavininin apellyasiya şikayəti təmin edilməyib [Video]


AXCP sədrinin müavininin apellyasiya şikayəti təmin edilməyib
please wait

No media source currently available

0:00 0:03:25 0:00

AXCP sədrinin müavininin apellyasiya şikayəti təmin edilməyib

Fuad Qəhrəmanlı həbsdə saxlanılıb

Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi dövlət əleyhinə kütləvi çağırış etməkdə təqsirləndirilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Fuad Qəhrəmanlı dekabrın 8-də saxlanılıb. AXCP sədrinin müavininin barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

Fuad Qəhrəmanlı məhkəmədə ittihamları qəbul etmədiyini, sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Vəkil Fəxrəddin Mehdiyev alternativ qəti imkan tədbiri ilə bağlı vəsatət verəcəyini bildirib.

Mehdiyev hesab edir ki, Qəhrəmanlıya qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (azadlıq və toxunulmazlıq hüququ) pozulub.

“Biz Avropa Məhkəməsinə müraciət edəcəyik,” vəkil qeyd edib.

Mehdiyevin fikrincə, Fuad Qəhrəmanlı müxalifət funksioneri kimi hökumət rəsmilərini tənqid edib və tənqidə görə ittiham irəıli sürmək qanunsuzluqdur.

XS
SM
MD
LG