Accessibility links

Rusiya Kommunist Partiyasının sədri Azərbaycanda səfərdədir


Gennadi Zuqanov prezident İlham Əliyevə orden təqdim edir
Gennadi Zuqanov prezident İlham Əliyevə orden təqdim edir

Prezident İlham Əliyev fevralın 9-da Rusiya Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovu qəbul edib.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə Gennadi Züqanov Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiya nümayəndə heyətinə verdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini deyib.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsinin Rusiyada maraqla izlənildiyini deyənZüqanov ölkədə çox böyük inkişafın şahidi olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Gennadi Züqanov Rusiya Kommunist Partiyasının xatirə ordenini pezident İlham Əliyevə təqdim edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG