Accessibility links

Bu gün Gürcüstan parlamentinin köhnə binasında ölkənin 4-cü prezidenti Qeorgi Marqvelaşvilinin inaqurasiya mərasimi keçirilib.

Rəsmilər daha əvvəl dövlətin maliyə vəsaitinə qənaət məqsədi ilə mərasimin təntənəli olmayacağını, lakin gözəl təşkil ediləcəyini bildirmişdi.

Oktyabr ayının 27-də keçirilən seçkilərdə Marqvelaşvili səslərin 62.12 faizini əldə edib.

İnaqurasiya mərasiminə 53 xarici ölkə və təşkilatların rəhbərləri qatılıb. Qonaqlar arasında Avropa İttifaqına rəhbərlik edən Litvanın prezidenti Dalya Qribauskayte də olub.

ABŞ-ı inqurasiya mərasimində təmsil edən nümayəndə heyətində Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Padjiv Şah, dövlət katibinin müavini Tomas Melia, ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland və digərləri yer alıb.

NATO-nun Cənubi Qafqaz və Orta Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay şərəfli qonaqlar arasında olub.

Diplomatik əlaqələrin qeyri-mövcudluğuna görə mərasimdə Rusiyada Federasiyasının nümayəndələri iştirak etməyib.
XS
SM
MD
LG