Accessibility links

Gürcüstan müxalifəti parlament seçkilərində qələbə çaldı [FOTOQALEREYA]


Gürcüstan prezidenti Mixail Saakaşvili bazar ertəsi keçirilən parlament seçkilərində hakim partriyasının məğlub olduğunu etiraf edərək, müxalifətçi milyarder Bidzina İvanişvilinin qələbə çaldığını deyib. Televiziya ilə çıxışı zamanı cənab Saakaşvili yeni hökumətin qurulmasında müxalifətə yardım edəcəyinə söz verib.

Seçki Komissiyasının rəsmilərinin bugünkü məlumatında İvanişvilinin Gürcüstan Arzusu partiyasının hakim Milli Birlik Hərəkatı partiyasına 54 faizlə qələbə çaldığı deyilir.

Bazar ertəsi gecə hər iki partiya qələbə çaldığını elan etdiyi vaxt, paytaxt Tbilisidə minlərlə müxalifət tərəfdarı qələbəni bayram edirdi.

Gürcüstanın yeni konstitusiyasına əsasən baş nazir prezidentə nisbətən daha çox səlahiyyətlərə sahib olacaq. Cənab Saakaşvilinin ikinci və son prezidentlik dövrü bitdikdən sonra gələn il parlament ölkənin yeni baş nazirinin adını açıqlayacaq.
XS
SM
MD
LG