Accessibility links

Almaniyada musuqi festivalında izdiham nəticəsində 19 nəfər həlak olub


Hadisə Düysburq şəhərində Məhəbbət paradı festivalına aparan tuneldə insanların yaratdığı izdiham nəticəsində baş verib

Almaniyada musiqi festivalında böyük izdiham nəticəsində ölənlərin sayı 19-a çatıb. 340 nəfərin yaralandığı bildirilir.

Hadisə Düysburq şəhərində Məhəbbət paradı festivalına aparan tuneldə insanların yaratdığı izdiham nəticəsində baş verib.

Şahidlərin bildirdiyinə görə, polis tədbirə böyük sayda insan toplaşdığına görə tunelin çıxışını bağlayıb, lakin insanlar girişdən hələ də oraya daxil olmağa davam ediblər.

Təşkilatçılar bundan sonra yüz minlərlə insan arasında panikanın yarana niləcəyindən qorxaraq, “texno” musiqi festivalını davam etdiriblər.

XS
SM
MD
LG