Accessibility links

Gənc fəal həbsini siyasi sifariş hesab edir


Gənc fəal həbsini siyasi sifariş hesab edir
Gənc fəal həbsini siyasi sifariş hesab edir

Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər təşkilatının üzvü Cabbar Savalanlının işi üzrə məhkəmə prosesi başlayıb.

Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər təşkilatının üzvü Cabbar Savalanlının işi üzrə məhkəmə prosesi başlayıb. Cabbar Savalanlı Cinayət Məcəlləsinin qanunsuz narkotik maddə saxlama)maddəsi ilə ittiham olunur.

Dövlət ittihamı elan edilib. Cabbar Savalanlı iddianı qəbul etməyib və məhkəməyə özünü günahkar saymadığını deyib. “Mənə qarşı irəli sürülmüş ittiham saxtadır. Həbsim siyasi sifarişdir”.

O, deyib ki, Facebook-da yazışmalarından bir gün sonra fevralın 5-də izlənməyə başlanıb. “Həmin gün məni Sumqayıtda evimizin girişində mülki geyimli şəxslər saxladı. Qollarını buraraq Sumqayıt Polis İdarəsinə apardılar. İki saatdan sonra orada üstümə baxış keçirdilər. Paltomun cibindən kağıza bükülü çıxdı. Həmin bükülünün tiryək olduğunu polis işçilərindən eşitdim. Bükülünün cibimə necə qoyulmasından xəbərim olmayıb”, - deyə o qeyd edib.

Cənab Savalanlının sözlərinə görə, cibindən narkotik vasitənin çıxması ilə bağlı protokolu ona fiziki və psixoloji zor tətbiq etməklə imzaladıblar. “Mənə dedilər qol çək ki, hal şahidlərinin iştirakı ilə sənin üstünə baxış keçirilib və üstündən bu çıxıb. Qol çəkmədim, başladılar başıma vurmağa, məni stola yıxıb başıma vururdular ki qol çək, söyürdülər”, - deyə məhkəməyə ifadə verib.

Vəkil Anar Qasımov gənc fəalın həbsinin ev dustaqlığı ilə əvəzlənməsi, aprelin 5-dən indiyədək məhkəmə qərarı olmadan həbsdə qalmasının qanunsuz olduğu barədə vəsatətlə çıxış edib. Hakim vəsatətləri təmin etməyib.
Məhkəmə prosesi mayın 3-də davam etdiriləcək.
Cabbar Savalanlı fevralın 5-də Sumqayıtda qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

O müxalifətin ictimai tədbirlərində və Facebook sosial şəbəkəsində fəal olub. Cənab Savalan həbsindən öncə Facebook-da iqtidar əleyhinə virtual etirazların təşkilində iştirak edib.

XS
SM
MD
LG