Accessibility links

Görmə qabiliyyəti olmayanlar üçün sənət əsərləri [Video]


Görmə qabiliyyəti olmayanlar üçün sənət əsərləri
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Görmə qabiliyyəti olmayanlar üçün sənət əsərləri

Muzeylərdə təsviri sənətdən həzz ala bilməyən 285 milyon kor və görmə qabiliyyəti zəif insan var. Nyu yorklu bir fotoqraf dünya şedevrlərinin əl ilə hiss olunan nüsxələrini hazırlayaraq bu vəziyyəti düzəltməyə çalışır.

Mən böyük idman həvəskarıyam, futbolu sevirəm. Ona görə də idmanı səslər vasitəsilə dərk edirəm. Mən yeməyi çox sevirəm, bunu da dad vasitəsilə hiss edirəm.
Romeo Edmed

Romeo Edmed görmə qabiliyyətini iki yaşı olanda itirib. Lakin bu, onun həyatdan zövq ala bilməsinin qarşısını almayıb. O, universitetə daxil olub, jurnalistika üzrə təhsil alıb və hazırda Nyu York haqda radio proqramının aparıcısıdır. O, həyatı digər duyğuları sayəsində dərk edir.

"Mən böyük idman həvəskarıyam, futbolu sevirəm. Ona görə də idmanı səslər vasitəsilə dərk edirəm. Mən yeməyi çox sevirəm, bunu da dad vasitəsilə hiss edirəm."

Lakin Romeo Nyu York şəhərindəki gözəl sənət əsərlərini görə bilmir. O ilk dəfə nənəsi ilə muzeyi ziyarət etməsini yada salır.

“Mən harasa getdim və nəyəsə toxunmağa başladım və elə o anda siqnalizasiya yandı. Təhlükəsizlik işçisi tez mənə yaxınlaşdı, nənəm isə özünü təhqir edilmiş kimi hiss edib, “Üzr istəyirəm, o kordur” dedi.”

LIFE jurnalının keçmiş fotoqrafı Con Olson Da Vinçi və Van Qoqun əsərlərini Edmed və onun kimi başqa görmə qabiliyyəti zəif olan insanlara hiss etdirməyin yolunu tapıb.

“Mən şəkillərin mənim üçün nə qədər mühüm olduğunu, mənə nələr etməyə imkan yaratdığını dərk etməyə başladım. Sonra isə korların bu şəkilləri görə bilməməsinin onlar üçün nə demək olduğu haqda düşündüm,” deyə o bildirir. Olsonun şirkəti 3D Photoworks sənət əsərlərinin 3 dimensiyalı surətlərini yaradır.

Birinci rəsm əsəri skan olunur və onun kopmpyuterdə 3D şəkli yaranır. Sonra bu şəkil rəsmin formasını düzəldən avadanlığa göndərilir. Sonda isə orijinal şəkil relyefin üzərinə yapışdırılır. Bütün bu proses təxminən dörd həftə çəkir.

“Kor adamın incəsənət əsərini hiss edib onun haqda fikir formalaşdırması- onun üçün azadlqıdır. Bu, azadlığı, müstəqilliyi əks etdirir. İnsanlar bunun fundamental vətəndaş hüququ olduğunu deyir,” deyə Olson bildirir.

Niahl Erkan görmə qabiliyyətini altı yaşı olanda tamamilə itirib. İndi isə o ilk dəfə olaraq Leonardo Da Vinçinin Mona Liza əsərini hiss edə bilir.

Kor adamın incəsənət əsərini hiss edib onun haqda fikir formalaşdırması- onun üçün azadlqıdır. Bu, azadlığı, müstəqilliyi əks etdirir. İnsanlar bunun fundamental vətəndaş hüququ olduğunu deyir.
Con Olson

“Onun alt dodağı bir az qatlanıb, üst dodağı isə çuxurludur,” deyə Nihal Mona Liza əsərinin 3D surətinə toxunaraq bildirir.

Tanınmış “Corc Vaşinqton Delaver çayını keçir” adlı rəsm əsəri Amerikanın müstəqillik uğrunda mübaarizəsində mühüm bir hadisəni təsvir edir.

“Mən balacalıqda heç bir zaman belə bir şey yaşamamışam, bu, mənim üçün tamamilə yeni bir təcrübədir,” deyə Romeo rəsmə toxunaraq bildirir.

Yeni texnologiya sayəsində 3D sənəti çox yaxında orijinal şedevrlərin yanında yer ala və bununla görmə qabiliyyəti olmayan insanların təsviri sənət əsərlərini hiss etməsinə imkan yarada bilər.

XS
SM
MD
LG