Accessibility links

Gov.az domenində problem yaranıb


gov.az domeni
gov.az domeni

Azərbaycanın gov.az domeni üzərindən idarə edilən dövlət və hökumət saytlarında problem yaranıb. Fevralın 22-də saat 11.20 radələrindən başlayaraq bu domendə olan saytlar açılmır.

Nazirlər Kabinetinin 31 mart 2006-cı il tarixli qərarına əsasən gov.az domenlərinin inzibatlaşdırılması Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) Trend agentliyinə bildiriblər ki, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.

Mərkəzdən əlavə ediblər ki, yaxın zamanda saytlar işini bərpa edəcək. Artıq 2 saatdaN çox vaxt keçməsinə baxmayaraq gov.az domeni hələ də işləmir.

Müşahidəçilər problemin daha ciddi olduğunu güman edir. Çünki Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi domendə profilaktik işlər aparılacağı ilə bağlı xəbərdarlıq yaymayıb.

Xatırladaq ki, bir neçə il öncə də Azərbaycanın gov.az domenində problemlər yaranmışdı. O zaman bir neçə dövlət orqanının saytı xakerlər tərəfindən dağıdılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG