Accessibility links

Gürcüstan bomba hücumlarına görə Rusiyanı ittiham edir

  • Amerikanın səsi

Gürcüstan bomba hücumlarına görə Rusiyanı ittiham edir

Gürcüstan bomba hücumlarına görə Rusiyanı ittiham edir

Gürcüstan paytaxt Tbilisi və digər bölgələrdə bomba hücumları hazırlanmasına görə Rusiyanı ittiham edib. Gürcüstanın Daxili İşlər nazirliyinin rəsmisi ötən həftə həbs edilən 6 gürcünün Rusiyanın hərbi zabiti tərəfindən hücumların təşkilinə cəlb edildiyini bildirib. Nazirliyin bəyanatında deyilir ki, sabiq Gürcüstan zabiti Rusiya tərəfindən əməkdaşlıqdan boyun qaçıqdığı təqdirdə ailəsinin cəzalandırılacağı barədə təhdid edilib. Gürcüstanda bomba hücumları sentyabrla noyabr ayları arasında qeydə alınıb. Noyabr ayının 28-də həyata keçirilən hücum bir qadının ölümü ilə nəticələnmişdi.

XS
SM
MD
LG