Accessibility links

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

  • Amerikanın səsi

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Rusiya və Gürcüstan üç il bundan əvvəl baş vermiş müharibədən sonra diplomatik əlaqələri kəsib. Lakin indi ğürcülər səslərini özlərindən daha böyük qonşularına yeni rus dili televiziya kanalı vasitəsi ilə çatdırırlar.

Üç il əvvəl Rusiyanın ağır hərbi qüvvələri cənuba, Gürcüstana istiqamət aldı.İndi gürcülər şimala, Rusiyaya yumuşaq, qeyri hərbi qüvvələrlə istiqamətlənir. Gürcüstanın milllətçi hökuməti rus dilinin ölkədə istifadəsini məhdudlaşıdırmağa çalışır. Lakin Moskvanın məlumat silahını qırmaq məqsədi ilə PIK-i və ya İlk Qafqaz adlı yeni dövlət xəbər agentliyinə, rus dilində kanalın yayımlanmasına icazə verir. Katya Kotrikadze Moskvada jurnalizm üzrə təhsil alıb. İndi o, Gürcüstandan Rusiyaya xəbər yayımlayır.

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Katya Kotrikadze: `Başlıca məqsəd regionla bağlı məlumat göstərməkdir.`

O deyir ki, internet və peyk vasitəsi ilə PIK yerli xəbər monopoliyasını silkələyə bilir.

Katya Kotrikadze: `Bu peyk vasitəsi ilə yayaımlanan və heç kim tərəfindən nəzarət edilməyən yeganə rus dilli televiziya kanalıdır. Bu bizim üçün çox yaxşıdır.`

Altı ay əvvəl yaranan PIK indi 24 saat ərzində fəaliyyət göstərir. Kanalın ingilis və rusdilli veb səhifəsinin gün ərzində 50 000 izləyicisi olur. Radio Free Europ-un veteranı Robert Parson kanalın direktorudur.

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Robert Parsons: `Gürcüstan üçün ətrafındakı insanlarla normal münasibət saxlamaq çox mühümdür. Şimali Qafqazda yaşayan insanların öz mediyalarından əldə etdikləri məlumatlar, yəni Rusiya tərəfindən yayımlanan məlumatlar tamamilə Gürcüstanın əleyhinə yayımlanan xəbərlərdir. Gürcüstan Şimali Qafqaz insanları ilə əlaqə saxlayaraq onları həqiqi, obyektiv və qərəzsiz məlumatlara əsaslanaraq nəticə çıxarmalarına səsləyir.`

Sovet ittifaqı dağıldıqdan bəri Gürcüstanın şimala doğru müsəlman qonşuları çeçenlər Gürcüstanın mərkəzi hökumətinin düşmənləri ilə müttəfiq olublar. Xarici işlər nazirinin müavini Tornik Qordadze Rusiya daxilində kiçik Qafqaz millətlərinə öz səslərini çatdırmaq üçün yaradılmış PIK-i Gürcüstanın böyük siyasətinin bir hissəsi kimi görür.

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Gürcüstan Rusiyaya rus dilində xəbər yayımlayan kanal açıb (video)

Tornik Qordadze:`Gürcüstan Şimali Qafqazda özünün müsbət imicini reklam etməlidir ki, Rusiya nə vaxtsa yenidən Gürcüstana hücum etsə, Şimali Qafqaz ölkələrinin Rusiyanın ardınca getməzdən əvvəl düzgün qərar çıxarmaq üçün düzgün məlumatı olsun. `

Hələ ki, Rusiya PIK-ə öz masasının arxasında əyləşməkyə icazə verir. Belə ki, Rusiya prezidenti Dmitri Medvedev Kotrikadzeni 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan Müharibəsinin ildönümündə iki rus müxbiri ilə bir saatlıq müsahibədə iştirak etməyə dəvət etdi.

XS
SM
MD
LG