Accessibility links

Gürcüstanda qarşıdurma zamanı iki nəfər həlak olub


Gürcüstanda qarşıdurma zamanı iki nəfər həlak olub
Gürcüstanda qarşıdurma zamanı iki nəfər həlak olub

Gürcüstan paytaxtı Tbilisidə Müstəqillik Günü hərbi paradından bir neçə saat əvvəl hökumət əleyhinə nümayişçilərlə hüquq mühafizəçiləri arasında baş verən qarşıdurma zamanı 2 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Polis nümayişçilərin ərazini tərk etməsi üçün qoyduğu müddət başa çatandan sonra onları dağıtmağa çalışıb. Qüvvələr göz yaşardıcı qaz, suvuran maşınlardan və rezin güllələrdən istifadə edib. Rəsmilər deyir ki, əraziyə daxil olan avtomobil 2 nəfəri vuraraq öldürüb. 90 nəfərin həbs edildiyi bildirilir. Parad planlaşdırıldığı vaxtda keçirilib.

Nümayişçilər ötən şənbə günündən başlayaraq prezident Mixail Saakaşvilini istefaya çağıran dinc aksiyalar təşkil edib. İnsan haqları qrupları rəsmiləri gücdən həddən artıq istifadə etməkdə ittiham etsə də, bəzi müşahidəçilər deyir ki, nümayişçilər qüvvələrlə zorakı qarşıdurma yaranmasına çalışıblar.

XS
SM
MD
LG