Accessibility links

HƏMAS İsrailin Qəzzada atəşkəslə bağlı təklifini nəzərdən keçirir


HƏMAS şənbə günü İsrailin Qəzza zolağında atəşkəsə dair yeni təklifini nəzərdən keçirdiyini bildirib. Bu, Misir müharibəyə son oqymaq və İsrailin zolağın cənubunda yerləşən Rəfah şəhərinə planlaşdırılan qurudan hücumunun qarşısını almaq üçün razılığa vasitəçilik etmək səylərini intensivləşdirdiyi vaxta təsadüf edir.

HƏMAS-ın yüksək vəzifəli rəsmisi Xəlil əl-Həyya İsrailin təklifi barədə təfərrüatları açıqlamayıb, amma bunun HƏMAS-ın iki həftə irəli sürdüyü təklifə cavab olduğunu deyib. Bu ayın əvvəlində aparılan danışıqlarda diqqət altı həftəlik atəşkəs təklifinə və yüzlərlə fələstinli məhbusun İsral həbsxanalarından azadlığa buraılması müqabilində 40 mülki vətəndaş və xəstə girovun sərbəst buraxılmasına yönəlib.

Məsələləri müzakirə etmək üçün adının anonim qalması şərtilə danışan Misir rəsmisinin məlumatına görə, HƏMAS-ın açıqlaması Misirin yüksək səviyyəli nümayəndə heyəti, Qəzzada uzadılmış atəşkəs üçün “yeni baxış” müzakirə etdiyi İsrail səfərini yekunlaşdırdıqdan bir neçə saat sonraya təsadüf edib.

İsrailin yeni rəklifinin misirli vasitəçilərin cümə gününkü səfəri ilə birbaşa əlaqəsinin olub-olmadığını dərhal bəlli olmayıb.

Misir və İsrail rəsmiləri arasında müzakirələrdə diqqət HƏMAS tərəfindən saxlanılan məhdud sayda girovun fələstinli məhbuslar müqabilində sərbəst buraxılmasın, əhəmiyyətli sayda didərgin düşən fələstinlinin “minimum məhdudiyyətlərlə” Qəzzanın şimalında evlərinə qayıtmasının da daxil olduğu çoxmərhələli planın birinci mərhələsinə yönəlib.

Vasitəçilər hər iki partiyanın əsasə tələblərinə cavab verərək kompromis üzərində işləyirlər ki, bu, müharibəyə son qoyacaq daha geniş razılıq məqsədi ilə danışıqlarn davam etməsinə yol aça bilər.

HƏMAS cümə günü fələstinli xalqın ehtiyaclarını nəzərə alan hər hansı “ideya və ya təkliflərə” açıq olduğunu bildirib. Qrup bilirib ki, daimi atəşkəs və İsrail qoşunlarının tam çıxarılması tələblərindən geri çəkilməyəcək. İsrail hər iki tələbi rədd edib və bildirib ki, HƏMAS məğlub olanadək hərbi əməliyyatlarını davam etdirəcək və ondan sonra da Qəzzada təhlükəsizlik mövcudluğunu qoruyub saxlayacaq.

Rəfaha gözlənilən qurudan hücum

HƏMAS və İsrailin atəşkəslə bağlı razılıq əldə etmələri və İsrailin Qəzzanın 2.3 milyon əhalisinin yarısından çoxunun sığındığı Rəfaha mümkün hücumunun qarısını almaları üçün beynəlxalq təzyiq artır.

İsrail aylardır, beynəlxalq ictimiayyət, o cümlədən İsrailin əsas müttəfiqi olan Birləşmiş Ştatların təmkinli olmaq çağırışlarına baxmayaraq, HƏMAS militantlarının gizləndiyini iddia etdiyi Misirlə sərhəddə yerləşən Rəfaha qurudan hucum planlaşdırdığını təkid edir.

Misir xəbərdarlıq edib ki, Rəfaha hücumun aclıq təhlükəsiz olan Qəzzada humanitar vəziyyətə, habelə regiondakı sülh və təhlükəsizliyə “fəlakətli nəticələri” ola bilər.

İsrail ordusu İsrailin cənubuna, Rəfaha yaxın əraziyə onlarla tank və zirehli maşın yerləşdirib və şəhərdəki obyektlərə, demək olar ki, hər gün havadan zərbələr endirib.

Əbu Yusif Əl-Nəccar xəstəxanasının morqundan verilən məlumata görə, şənbə günü İsrailin Rəfahın Tel Sultan məhəlləsində bir evə havadan zərbəsi nəticəsində ər, arvad, onların 12, 10 və 8 yaşında üç oğlu həlak olub. Bundan əlavə məlumatda qonşunun dörd aylıq qızının da öldüyü bildirilir.

Əhməd Ömər digər məhəllə sakinləri ilə birlikdə gecə saat 1:30da endirilən zərbədən sonra sağ qalanları axtarmaq üçün evə qaçıb, amma sadəcə olaraq cəsəd və bədən parçaları tapdıqlarını bildirib.

“Bu, faciədir,” o deyib.

Bundan əlavə Əqsa Şəhidlər Xəstəxanasının rəsmiləri bildirib ki, gecə Qəzzanın mərkəzində Nuseirat qaçqın düşərgəsində İsrailin zərbəsi nəticəsində bir evdə beş nəfər ölüb

Forum

XS
SM
MD
LG